Ərdoğan prezidentliyə namizəd oldu

img

01-06-2014 [18:30]


Ədalət və İnkişaf Partiyasının aparıcı simalarından Mehmət Əli Şahin qarşıdan gələn prezident seçkilərində namizələrinin Rəcəb Tayyib olacağını rəsmən bəyan edib.

MİA-nın Axar.az-a istinadən məlumatına görə, Şahin bildirib ki, son günlər namizədliklə bağlı müəyyən müzakirələrə, söz-söhbətlərə yol açan xəbərlər dolaşırdı. Qərara alındı ki, bütün bu fikrilərə son qoyulsun:

"Rəsmən bildirirəm ki, namizədimiz hörmətli Baş nazirimiz Rəcəb Tayyib Ərdoğandır. Düşünürük ki, prezident seçkilərində qələbə əldə etdikdən sonra Ərdoğan partiyasının 2015-ci ilin parlament seçkilərinə də qatılacaq. Nəticədə ölkə Konstitusiyasında dəyişiklik edilərək, prezidentin səlahiyyətləri bir qədər də artırılacaq. Beləliklə, hörmətli Ərdoğan 2023-cü ilə qədər canı qədər sevdiyi xalqına xidmət edəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA