General hakim qarşısında - 100 milyonluq mənisməmə işində keçmiş Baş qərargah rəisinin adı da hallandırılır
15-09-2023 [12:36]
Bu gün, sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Musavat.com xəbər verir ki, məhkəmə formal olaraq açıq keçirilsə də, faktiki olaraq qapalıdır. Jurnalistləri "yer yoxdur", "sədr belə göstəriş verib" kimi sözlərlə prosesin keçirildiyi zala buraxmırlar.
Azərbaycanın müdafiə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsaitdən 100 milyon manata yaxını ələ keçirməkdə ittiham olunan general məhkəmə qarşısında tək deyil. O, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinə rəhbərlik etmiş Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadə ilə birlikdə mühakimə olunur.
Bu cinayət işində ölkənin müdafiə sektorunda 100 milyonluq yeyintidən bəhs olunduğunu nəzərə alaraq, məhkəmə prosesini izləməyə bir sıra media orqanlarının nümayəndələri gəlib. Lakin onların heç biri məhkəmə zalına buraxılmır. Jurnalistlərə deyilir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin göstərişi var, bu prosesə media nümayəndələri daxil ola bilməz.
1 həftə əvvəl baş tutan məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərdən Bayram Bayramovun vəkili demişdi ki, müdafiə prosesinə yeni qoşulub, cinayət işinin materialları ilə tanış ola bilməyib. Bu üzdən vaxt istəyir. Vəkilin istəyi nəzərə alınmış, general və digərlərinin məhkəməsi bir həftəlik təxirə salınıb.
General Nizami Məmmədov və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Bu cinayət işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Məlumata görə, mənimsənildiyi iddia olunan 100 milyon manata yaxın vəsaitin bir hissəsi (təxminən 40 milyon manat) istintaq dövründə ödənilib.
Adları çəkilən təqsirləndirilən şəxslərdən əlavə, Müdafiə Nazirliyinin bir sıra başqa vəzifəliləri də həbs olunmuşdu. Onların arasında nazirliyin Mənzil İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanov və ondan əvvəl bu vəzifədə çalışmış Mahir Şirvanov var. Hər 3 nəfərin məhkəməsi avqustun 31-də başlayıb. Onlar da külli miqdarda mənimsəmədə ittiham olunurlar.
Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən polkovniklər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər.
Məhkəmənin hazırlıq iclasında vəkillərdən biri də bu məsələyə toxunub: “İttihamda göstərilib ki, hüquqlarını müdafiə etdiyim şəxs digərlərilə əlbir olub, keçmiş Baş Qərargah rəisinin qanunsuz tapşırıqlarını yerinə yetirib. Amma həmin şəxs nə istintaqa cəlb edilib, nə də ifadəsi alınıb....”
Hakim isə bu məsələyə münasibət bildirməyib. Deyib ki, bu, məhkəmənin hazırlıq iclasında baxılıb münasibət bildiriləsi məsələ deyil. Hazırda proses davam edir.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Konkret proqram, müddət, görülməli və görüləcək iş var" - Mətbuat katibi Dövlət Proqramına qısa şərh verdi
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir