UEFA Xorvatiya millisini cəzalandıracaq

img

13-09-2023 [18:02]


UEFA-nın Xorvatiya Futbol Federasiyasına qarşı intizam prosesi başladıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Futbol Federasiyası açıqlama yayıb.

Açıqlamaya göərə, 2024-cü il Futbol üzrə Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin D qrupunda Riyekada oynanılan Latviya ilə matçda bəzi azarkeşlərin Xorvatiya milliyyətçi (Ustaşa) bayrağını qaldırması belə qərarın qəbuluna səbəb olub: "Bu qərarla barəmizdə intizam araşdırması aparılır. Böyük ehtimalla Xorvatıya yığması cəzalandırılacaq. Bizə öz meydanımızda bir neçə oyunu tamaşaçısız oynama cəzası veriləcək". 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA