Qənimət Zahid Baş Prokurorluğa çağırılıb - Barəsində axtarış elan olunub
20-09-2025 [10:47]
Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid barəsində başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə çağırılıb.
Mia.az xəbər verir ki, bu barədə İctimai TV-yə daxil olan rəsmi bildirişdə qeyd olunur ki, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddəsi ilə təqsirləndirilən Zahidov Qənimət Səlim oğlu 2025-ci ilin iyul ayında təqsirləndirilən şəxs qismində cəlb edilib.
O, istintaqdan qaçaraq gizləndiyinə görə barəsində axtarış elan olunub və Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2025-ci il sentyabrın 18-də isə Q.Zahidova eyni epizod üzrə təkrar ittiham elan edilməsi ilə bağlı qərar qəbul edilib. Lakin onun ölkə hüdudlarından kənarda olması səbəbindən ittiham elan etmək mümkün olmayıb.
Q.Zahidə xəbərdarlıq edilib ki, 20 oktyabr 2025-ci il saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməlidir. Bildirişdə həmçinin onun ibtidai istintaqda şəxsən iştirak etmək, seçdiyi müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malik olduğu diqqətə çatdırılır. Müdafiəçidən istifadə etdiyi halda müdafiəçi barədə məlumatlar cinayət prosesini həyata keçirən orqana təqdim olunmalıdır. Çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində qiyabi icraat aparıla və qiyabi hökm və ya digər yekun məhkəmə qərarı qəbul edilə bilər
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?