Böhtan və təhqirlərin çoxaldığı bir zamanda nə etməli... - Vahid Tağıyev yazır
21-09-2025 [09:06]
Vahid TAĞIYEV
***
Həssas, dəyərli bir dostumla düşüncəli söhbətdən sonra müşahidə və fikirlərimi qısaca bölüşmək istəyirəm, əsla məsləhət vermək iddiasında deyiləm. Bildiyiniz kimi təqaüddəyəm, heç kimlə bir problemim yoxdur, nəvələrin təhsili, tərbiyəsi ilə məşğulam. Kitab səviyyəsində geniş, təhlili bir yazı üzərində işləyirəm. Arada mütaliədən də zövq alıram.
Reallıq belədir ki, dünyamızda aqressivlik, psixoloji gərginlik çoxalıb, tutarlı bir əsas olmadan, bəzən yaxından tanımadan başqasına böhtan, təhqir dolu sözlər ünvanlamaq sosialda da, həyatda da bir çoxları üçün adiləşib, vərdiş halını alıb.
Daha çox isə ləyaqətli, şəxsiyyətli, yaxud bacarıqlı, hansısa üstünlükləri olan, uğur qazanan insanlar müzakirə, tənqid, böhtan obyekti olur. Bu niyə belədir, çıxış yolu varmı, nə etməli?
Əlbətdə, birmənalı cavab vermək çətindir və belə bir məsuliyyəti öz üzərimə götürmək fikrim də yoxdur. Ancaq bütün hallarda mütləq təmkinlə qarşılamaq, öz hərəkətlərini, fəaliyyətini təsadüfi birinin böhtanlarına görə qurmamaq, motivasiyadan düşməmək lazımdır.
DÜŞÜNÜRƏM:
- Əvvəla futbolda top kimdədirsə, hamı onun üstünə gəlir. Çox vaxt həyatda da belədir, kim öz iş keyfiyyəti, bacarığına görə fərqlənirsə, peşəsini, tutduğu vəzifəni ləyaqətlə icra edərək irəli çıxır, diqqət çəkirsə, istedadlıdır, gözəldir və s. onun "üstunə gələnlər", gözü götürməyənlər, böhtan atanların da sayı çox olur.
- Görmüsünüzmü ki, özünü hamıdan ağıllı bilən ləyaqətsiz, həyasız (üzr istəyirəm) bir adama, vərdişkar olub kim gəldi haqqında əsassız şikayət edənlərə kimsə böhtan atsın?
- Elə tərbiyəsiz adamlar var ki, imkan daxilində ondan kənar olmaq, uzaq durmaq lazımdır. Necə ki, uzunqulağın təpik atmaq, hürən dördayaqlıların dişləmək vərdişini bildiyimiz üçün onlara yaxın məsafədə olmaq istəmirik... Onların hərəkətlərinə cavab verməyin düşünülmədiyi kimi (heyvan təpik atıp deyə insan da ona təpik atmır) görünür bəzi "adamlara" da belə münasibət sərgiləmək lazımdır.
Bu, qorxaqlıq deyil, anlamayana, nadana nəsə deməyin mənasız olduğu, sadəcə vaxtını, əsəblərini qorumaq, daha böyük amallar naminə vaxt itirməmək üçün belə canlılardan uzaqlaşmaq, uzaqda olmaq lazımdır.
- Ancaq ictimai yerdə daha qətiyyətli yanaşma olmalıdır. Məsələn, böyük bir iş kollektivində, qonşuda və s. məkanda yuxarda qeyd edilən kimi bir bağışlanılmaz qüsurlu adam olanda işgüzar mühitə, sağlam münasibətə ciddi zərər yetirir. Hər kəs abırına, həyasına bürünür, yaxud özünü düşünüb qorunduğu halda, ictimai qınaq çatmadığı yerdə belələri üçün münbit şərait yaranır. Belə vəziyyətdə kiminsə qabağa düşməsini gözləmədən kollektiv birgə olaraq, güzəştsiz ortaya mövqe qoymalıdır.
- Səbirli olmaq həmişə dözmək, mütilik anlamına gəlməməlidir, təmkinli olmaq, vəziyyəti düzgün dəyərləndirmək, məqamı düzgün seçərək ağıllı qərar vermək üçün lazımdır.
ODUR Kİ, ləyaqətlə yaşayıb ədaləti üstün tutanlar, fədakarlıqla, zövqlə çalışanlar, həmişə əzmkarlıqla da davam etməlidir. HƏM DƏ TƏBƏSSÜMLƏ!
Əmin olun ki, layiq olduğunuz qiymət, dəyər və hörmət həmişə kölgəniz kimi sizinlə olacaqdır. Yaşından asılı olmayaraq, hər bir insan, xüsusən, gənclərimiz bu ruhda, xarakterdə tərbiyə olunaraq yollarına, hədəflərinə doğru inamla davam etməli, irəliyə getməlidirlər.
MİA.AZ
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi