Azərbaycan millisinin heyəti açıqlanıb

img

13-09-2023 [11:58]


Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq Avropa Superfinalında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.

Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynalli, Tural Qurbatov.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması sentyabrın 19-da Türkiyə, bir gün sonra Rumıniya, sentyabrın 21-də isə İsveçrə ilə üz-üzə gələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA