Dəhşətli qəza - 2 ölü, 5 yaralı+Yenilənib

img

30-05-2014 [16:19]


Bu gün Ağdaş-Qaradeyin yolunda Ləkiyə yaxın ərazidə dəhşətli qəza baş verib.

"Qafqazinfo" xəbər verir ki, Ağdaş Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, məzunlar olan mikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşub.

Qəzada 3 nəfərin öldüyü bildirilir. 8 nəfər isə ağır xəsarət alıb. Yevlax rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alanların vəziyyəti ağırdır.

***

Anspress-in məlumatına görə, yük maşını ilə toqquşan mikroavtobus Bakıdan Qazaxa gedirmiş.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, qəza zamanı 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb.

***

Baş Dövlət Yol Polis İdarəsininin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev hadisə ilə bağlı "Qafqazinfo” ya açıqlama verib. K. Əliyev bildirib ki,marşrutda məktəblilər olmayıb: " Ağstafadan Bakıya gələn ford markalı maşın onunla eyni istiqamətdə hərəkət edən yük markalı maşını ilə toqquşub:

"Nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA