Daha bir vəzifəli şəxs Naxçıvana nazir vəzifəsinə göndərildi - Yeni nazir kimdir? (FOTO)
08-09-2023 [10:40]
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsinə təyinat olub.
Mia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamına əsasən, Rahid Ələkbərli bu vəzifəyə təyin edilib.
Əslən ordubadlı olan Rahid Zahid oğlu Ələkbərli 22 fevral 1977-ci ildə anadan olub.
O, 1994–1998-ci illərdə Azərbaycan Texniki Universitetində Radioelektron vasitələrinin konstruksiyası və texnologiyası ixtisası üzrə bakalavr ali təhsili alıb.
1998–2000-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib.[1]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2000–2002-ci illərdə Fotoelektronika İnstitutunda, 2002–2003-cü illərdə isə Fizika İnstitutunda elmi tədqiqat mühəndisi kimi "Fiziki proseslərin avtomatlaşdırılması" ixtisası üzrə aspirantura təhsili alıb.[1] 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif mövzularda elmi araşdırmalarını davam etdirir.
2017–2020-ci illərdə Birləşmiş Krallığın Liverpul şəhərində yerləşən Liverpul Universitetində "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə magistratura təhsili alıb.[1] 2020-ci ildə bu universitetdə "Developing A Data-Driven Radio Frequency Administration for Spectrum-Sharing, Strategic Utilization and Sharing-Readiness in Azerbaijan as a Case Example" adlı elmi iş müdafiə edərək informasiya texnologiyaları üzrə magistr pilləsini yüksək nəticələrlə bitirib.
2021-2023-ci illərdə Amerika Birləşmiş Ştatlarının Volden Universitetində "Xəzər hövzəsi nəqliyyat qovşaqlarında Big Data İdarəçiliyi ilə korporativ idarəşilik arasında uyğunluğun tənzimlənməsi" mövzusunda "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə Fəlsəfə magistri elmi dərəcəsi qazanıb.
Hazırda Volden Universitetində Big Data və kibertəhlükəsizlik idarəçiliyi üzrə çərçivə prinsiplərinin hazırlanması istiqamətində elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur. İnformasiya Sistemləri İdarəçiliyi üzrə fəlsəfə doktoru dərəcəsinə namizəddir.
Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycanın milli telefon şirkəti olan Baktelekom operatorunda mühəndis-texnik kimi başlayıb.
1997–1999-cu illərdə "Inam" tibb şirkətində kompüter proqramçısı, 2001-ci ildə Bakinternetdə aparıcı mühəndis olaraq ilk dövlət İnternet Servis Provayderinin formalaşmasında iştirak edib.
Azərbaycanın milli rabitə şirkəti olan Delta Telekomda mühəndis, 2002–2006-cı illərdə baş mühəndis, 2006–2013-cü illərdə texniki direktor, 2013-cü ildə isə kommersiya direktoru olaraq fəaliyyət göstərib.
2013-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdindəki ADA Universitetində (Azərbaycan Diplomatik Akademiyası) informasiya texnologiyaları və sistemləri üzrə rəhbər olub.
2018–2021-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəhbəri olub.
2019-da Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifəsinə seçilib.[12][13][14] Həmin il Çexiyanın Praqa şəhərində Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransının (CEPT) hazırlıq qrupunun iclasında "Ümumdünya Radiorabitə Konfransı – 2019"un gündəliyinin 8-ci bəndi üzrə müzakirələrdə CEPT-də koordinatorluq edib.[15]
2021-ci ilin martından 2022-ci ilin yanvarına qədər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri olub.
2022 - ci il 22 Fevral tarixində təsis yığıncağında təsis edilən AKTA - Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri kimi fəaliyyətə başlayıb.[18][19][20] Assosiasiyanın fəaliyyəti kibertəhlükəsizlik sahəsinin inkişafı, əlaqədar tərəflərin vahid bir platforma olan AKTA vasitəsilə birləşdirilməsi təşəbbüsləri, təhsil sahəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik proqramlarının inkişaf etdirilməsi, ictimai fəaliyyətin gücləndirilməsi və digər fəaliyyətlər illik ümumi yığıncaqda müsbət qiymətləndirilmişdir.
2022-ci il 14 noyabr tarixindən etibarən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş informasiya direktoru vəzifəsində fəaliyyət göstərir.
Qeyd edək ki, əvvəlki nazir Vüsal Sevdimalıyev nöqsana görə vəzifədən çıxarılıb.
MİA.AZ
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub