RƏSMİ BAKI BABAYANA ETİBAR EDƏCƏKMİ? - Təhlil
06-09-2023 [14:57]
Erməni separatçılarının keçmiş başçısı Araik Arutyunyanın “istefası”ndan sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Xankəndi və ətraf ərazilərdə qarşıdurma yeni mərhələyə keçib.
Belə ki, sentyabrın 9-na nəzərdə tutulan qondarma “seçki”lərə hazırlaşan separatçılar arasında ciddi fikir ayrılığı var. Xüsusilə Samvel Babayanın hazırkı prosesdə yanaşması diqqət çəkir.
Babayan sentyabrın 8-i saat 10:00-a mitinq təyin edib. O bildirib ki, erməni əhalisi küçələrə çıxmasa, həmişəlik məhv olacaq. Diqqətçəkən əsas məqam isə Babayanın mitinqi Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırkı “rəhbərliyi”nə qarşı olmasıdır.
“Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Onlar bunu gizlətmir və bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, – o deyib.
Babayan faktiki olaraq “İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir” deyərək özünün seçilməsini istəyir. O hətta bu istiqamətdə Bakının da dəstəyini almağa ümid edir.
Samvel Xankəndi yolunu bloklayan separatçı rejimin hazırkı “rəhbərliyi”nə qarşıdır. O, son çıxışında Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb.
Bababayanın separatçıların qondarma “seçki”lərindən bir gün əvvələ mitinq təyin etməsi Xankəndidə proseslərin gərginləşəcəyi, hətta silahlı insidentə keçəcəyini göstərir. Əgər bu baş verərsə, rəsmi Bakı öz ərazisində iğtişaşların yatırmaq üçün Xankəndiyə qoşun yeridə bilər.
O ki qaldı Babayanın erməni icmasının lideri kimi Bakı ilə danışıqlara başlamaq istəməsinə, proseslər Azərbaycanın istədiyi ssenari ilə getsə və Samvel Xankəndidə “troya atı” missiyanı yerinə yetirsə, onu müvəqqəti icma rəhbəri saymaq olar. Lakin Babayana etibar etmək olmaz. Bir dəfə separatçılığa başlayan bunu gələcəkdə yenidən edə bilər. Erməni icmasının rəhbəri ya Bakı ermənisi, ya da rəsmi Bakının təyin edəcəyi şəxs olmalıdır.
Turan Rzayev
MİA.AZ
Bu gecə Nəsimi rayonunun bu küçələrində işıq olmayacaq - Siyahı
Fuad Xəlilov yeni vəzifəyə təyin olundu
Əli Əsədov ƏƏSMN-ə tapşırıq verdi
Prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb
Qəzzada daha 5 nəfər acından ölüb
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
Prezident İlham Əliyev ona vəzifə verdi - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Baş direktoru isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin... - Fələstinin Yunan Kiprindəki səfirinin sərsəm iddiaları (TƏHLİL)
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
Qəzzada daha 94 nəfər ölüb
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
"Beşiktaş" Samuel Çukvueze ilə maraqlanır
“Heç nə, yaşayıram” - Sabiq nazir haqqındakı iddialara cavab vermədi
Dövlət Neft Fondu 317 min manatı elə şeylərə xərcləyir ki...
Yeni rəislər vəzifədən azad olundular
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn olundu - FOTOLAR
Prezident İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
"Nyukasl Yunayted" bu təklifə razı olmadı - 140 milyon avro...
Yazıçı Anar: "Bu, bəlkə də mənim üçün taleyin cəzasıdır”
Əli Əsədov müavinləriylə birgə mərasimdə - FOTOLAR
Sabiq nazirlər Qusmanla bir arada - FOTO
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir - Daha bir zərərçəkən ifadə verib
Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verdi
"Çelsi" 19 yaşlı müdafiəçi transfer edib
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
"Rizəspor" müdafiəçi transfer edib
Sabahın hava proqnozu açıqlandı
"Flamenqo" klubu kolumbiyalı yarımmüdafiəçini transfer edib
Dövlət Su Ehtiyatları Agentliyi barədə daha bir qərar imzalanıb
KXCP-nin deputatlığa keçmiş namizədi tutulub - Narkotiklə
"Olimpik Marsel" İgor Payxaonu heyətinə qatdığını açıqlayıb
Brahim Diaz "Real Madrid" ilə müqaviləsini yeniləyəcək
"Məişət Zorakılığının Qarşısının Alınmasında Müasir Tendensiyalar və Maarifləndirmə Metodları" adlı dəyirmi masa keçirilib - FOTOLAR
"Anderlext" Yasin Özcanı icarə əsasında transfer edib
"Vulverhempton" David Moller Vulfunu heyətinə qatıb
"Göztəpə" braziliyalı müdafiəçi ilə müqavilə imzaladı
Nazirlik vergi borcu olan şirkətlə anlaşıb
"Göztəpə"nin oyunçusu "Əl Nəcmə" klubuna transfer olub
Azərbaycanda isti hava şəraiti davam edir
Allan Saint Maksimin yeni komandaya imza atmağa hazırlaşır