Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

img

05-09-2023 [17:54]


Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb. 

Bildirilib ki, bu, general Soner Oruçoğludur. Artıq onun hərbi attaşe kimi fəaliyyətə başladığı qeyd olunub.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yeni hərbi attaşe ilə görüşərək iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində uğurlar arzulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR