Türkiyə UEFA reytinqində mövqeyini möhkəmləndirib - FOTO

img

01-09-2023 [11:23]


Avropa liqalarında son oyunlarında da uğur qazanan Türkiyə komandaları ölkələrinin reytinq cədvəlindəki mövqeyini möhkəmlədib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Qalatasaray”ın Çempionlar Liqası, “Beşiktaş” və “Fənərbağça”nın isə Konfrans Liqasının qrup mərhələsinə qalmasından sonra Türkiyə UEFA reytinq sıralamasında  9-cu yerdəki mövqeyini qoruyub.

Mıəlumata görə, Türkiyə qruplara qədər 6250 xal toplayaraq UEFA reytinqində ölkəsinin xalını ən çox artıran ölkə olub.

Məlumat üçün qeyd edək ki, Türkiyə UEFA reytinqində mövsümü ilk 10-luqda bitirsə, 2025-2026 mövsümündə Çempionlar Liqasına birbaşa komanda göndərəcək.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA