Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-08-2023 [00:32]
Qoç - yaradıcı yanaşma və yaşananlara qeyri-standart baxış tələb edən işlərlə məşğul olsanız, ciddi uğurlar əldə edə bilərsiniz. Qaydalara, yazılmamış qanunlara və ayinə çevrilmiş adətlərə riayət etməmək də olar. Eksperimentlər daha maraqlıdır.
Günün ikinci yarısında yeni istiqamətlər, fərqli yollar arayın. Maraqlı tanışlıqlar istisna deyil. Əhvalınız yaxşı olacaq. Hətta ağır fiziki iş belə, sizdə ifrat yorğunluq yaratmayacaq. Sağlamlıq prosedurlarına və ya pəhrizə başlamaq üçün münasib gündür.
Buğa - günün ilk yarısında fəal olun, əzm və qətiyyətlə çalışın. Belədə qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Sizə yardım etmək istəyən insanlar azdır. Bu durum sizi narahat etməsin, əndişələndirməsin. Yolunuzda yaranan çətinlikləri təkbaşına dəf etmək iqtidarındasınız. Əhəmiyyətli, önəmli məlumat alacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə gərginliklər yarana bilər. Adi günlərdən fərqli olaraq, çətin dönəmdir. Səbəb isə yaxınlarınızın problemləri ilə müqayisədə öz işləriniz və qayğılarınıza maksimum diqqət ayırmağınızdır. Münaqişələrin yaranmasına imkan verməyin. Sevdiyiniz insanla təmaslarda qayğıkeş olun.
Əkizlər - ətrafınızdakı insanların nə istədiklərinin fərqinə varın. Onlar etibarınızı doğruldacaqlar. Yeni tanış olduğunuz insanlara tam inanmayın. Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlərdə sərvaxt davranın. Əyləncə, macəra aramayın.
Günün ikinci yarısı pozitiv emosiyalar vəd edir. Diqqəti işə ayırın, ciddi səhvlərə yol verməyin. Maksimum diqqət tələb edən məsul işlərdə fikriniz mənasız məqamlara yayınmasın.
Xərçəng - ötən günün hadisələrini təhlil edin. Davranışınızı sakit dəyərləndirin. Belədə təkrar səhvlərə yol verməzsiniz. Müsbət təmayüllərin təsiri güclüdür. Ciddi problemlər yaranmayacaq.
Günün ikinci yarısı yeni layihələr və işlər üçün əlverişli deyil. Emosional olmayın. Ən kiçik çətinliyi fəlakət saymayın. Başladığınız işin formasından və miqyasından asılı olmayaraq onu yarımçıq qoymayın.
Yaxınlarınızla ünsiyyətdə simiclik etməyin. Münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır. Sevdiyiniz insanı sevindirin. Səyləriniz dəyərləndiriləcək.
Şir - tələskənlik etməyin, diqqətli davranın. Bədxahların tələsindən, rəqiblərin məkrli planlarından yan keçmək üçün fəndgir olun. Düşmən çox uğurla maskalanacaq, ehtiyatlı olun. Başqalarının təcrübəsi bu gün dadınıza çatmayacaq. Çünki düşdüyünüz situasiyalar başqalarının üzləşdikləri vəziyyətlərə bənzəmir.
Üstəlik, yaxın ətrafınızdakı insanlar hisslərinizi anlamır, planlarınızı təqdir etmirlər.
Günün ikinci yarısında yeni işə və ya layihəyə başlamaq olar. Bir şərtlə ki, həmin işi mümkün qədər tez başa çatdırmağın yolunu tapın. Uzunmüddətli layihə qeyri-müəyyən müddətədək təxirə düşə bilər. Mənfi təmayüllərin təsiri güclüdür.
Qız - hər şey yaxşıdır. Buna rəğmən baş verənlər sizi ruhdan sala bilər. Bədlik gözləməyin, nikbin olun. Təxəyyüllər aləminə qapılmayın, illüziyalardan qurtulun. Məqsədə çatmaq üçün maksimum səy göstərin. Mənasız hisslər və emosiyalar işə maneələr yaradacaq.
Günün ikinci yarısında yaxın ətrafınızla ünsiyyət xoş və faydalı olacaq. Müzakirələrdə yeni iş doğula bilər. Şəxsi münasibətlərdə ifrat təşəbbüsə qapılmayın. Belə davranışınız yanlış dəyərləndirilə bilər.
Tərəzi - böyük uğurlara nail ola bilməyəcəyinizlə barışın. Cari və rutin işlərlə məşğul olun. Kiçik, amma önəmli qələbə vəd edən işi, məşğuliyyəti və ya yönü müəyyənləşdirin. Səyləriniz, əməyiniz diqqətdən yayınmayacaq. Baş verənlər sizi məqsədə doğru bir addım da yaxınlaşdıracaq.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Zahiri görkəminizə fikir verin. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı yaranan rəylərə fikir verin.
Rəqibləri üstələmək üçün məqbul vasitələrdən yararlanın.
Əqrəb - xoşagəlməz olaylar və problemlər vəd edən gündür. Məntiq və əqli unudaraq intuisiyaya güvənməyin. Hadisələrin məcrasını, olayların real durumunu dəyərləndirin. İllüziyaların köləsinə çevrilməyin, qəflət yuxusuna yuvarlanmayın.
Vəziyyətə bir qədər fərqli baxın, obyektiv və praqmat olun. Belədə potensial itkiləri xeyli azalda bilərsiniz.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. İşdəki problemi həll etmək olar. Yeni tanış sizinlə maraqlanacaq. Həmin adamla ünsiyyətdə maksimal dərəcədə həssas və diqqətli olun. Ən xırda məsələlərə fikir verin.
Oxatan - günün ilk yarısı sizi təəssüfləndirə bilər. Ciddi problemlər olmayacaq. Yeknəsək və rutin təsir bağışlayan işlərdən usanaraq tənbəllik etməyin. Süstlük üçün heç bir səbəb yoxdur.
Macəra axtarışına çıxmazdan əvvəl imkanlarınızı, resurslar və riskləri dəyərləndirin.
Günün ikinci yarısının maliyyə fonu uğurlu deyil. Əsla avantüralara qatılmayın.
Axşam saatlarına yaxın boş vaxtınız gözləniləndən də çox ola bilər. Səhhətinizin qeydinə qalın. Sağlamlıq prosedurlarının effektiv olmasına çalışın.
Oğlaq - asan uğurlara bel bağlamayın. Arzuladığınız nəticəyə nail olmaq üçün səylə, əzmlə çalışmalısınız. Etibar etməyə alışdığınız insanlar anlaşmaları poza bilər. Onları suçlamayın. Şərait dəyişib. Elə siz də əvvəllər verdiyiniz vədlərin hamısına əməl edə bilmirsiniz.
Çoxdan həll olunmuş saydığınız bəzi məsələlərin günün ikinci yarısında yaxınlarınızla yenidən müzakirəsi sizi qıcıqlandıra bilər. Emosional olmayın, səbrli davranın. Soyuqqanlı olun.
Sizi təxribata çəkməyə çalışsalar da, münaqişəyə qatılmayın.
Dolça - gərəksiz əlaqələr, mənasız təmaslar, köhnə əşyalardan qurtulun. Peşəkar fəaliyyət müstəvisində aktiv olun. Kommersiya və bizneslə məşğul olursunuzsa, mövqelərinizdən geri çəkilməyin. Tərəfdaşlıq etdiyiniz insanla təmasları genişləndirin. Müttəfiq seçərkən yalnız kommersiya maraqlarından çıxış edin. Hisslərə yer olmamalıdır.
Günün ikinci yarısında şəxsi münasibətlərlə bağlı mühüm qərar qəbul etmək olar. Ciddi dəyişikliklər zamanıdır. Sevdiyiniz insanın dediklərini dinləyin, eşitdiklərinizi qulaqardına vurmayın.
Balıqlar - günün ilk yarısında baş verən problemlərə və anlaşılmazlıqlara görə əhvalınızı pozmayın. Problemlər həmişə var - nə etməli... Saatlar keçdikcə narahatlıq artmasın. Çətin dövrlərdə bir qədər səbrli olun. Hadisələri tezləşdirməyin. Münaqişəyə meylli olmayın.
Günün ikinci yarısında aktiv çalışın. İndiyədək sizinlə aqressiv davranan insanlar belə, birgə fəaliyyətlə bağlı təkliflə çıxış edəcəklər.
Pozitiv emosiyaların sayını maksimuma çatdırmaq istəyirsinizsə, müstəqil çalışın, təkbaşına işləyin. Axşam saatlarında dostlar, həmkarlar və ya tanışlarla qarşılaşa bilərsiniz. Romantik macəra ehtimalı az deyil.
Milli.Az
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
İlham Əliyev Rusiya rəsmiərini qəbul edib - FOTO
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib