Daşkənd-Bakı müttəfiqlik astanasında: İmzalanan 20 sənəddən 3-nün önəmi... - Təhlil
23-08-2023 [15:01]
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib. Səfər bir çox baxımdan diqqət çəkir. Xüsusilə qeyd etmək lazımdır ki, Ş.Mirziyoyev Prezident seçilməyindən sonra ilk dövlət səfərini məhz Azərbaycana edir.
Diplomatiyada bu, səfər edilən ölkənin önəmini göstərir. Rəsmi Daşkənd Bakını etibarlı tərəfdaş, strateji müttəfiq olaraq görür.
İmzalanan 20 sənəd
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 20 sənəd imzalanıb.
2022-ci ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı ikitərəfli münasibətlərin gələcək trayektoriyasını müəyyən edən bir sıra mühüm sənədlər imzalanmışdı. Prinsip etibarilə imzalanan 20 yeni sənəd bundan öncəki sənədlərin davamı və daha təkmil variantlarıdır. Ümumilikdə isə iki ölkə arasında bu günə qədər 160-dan çox saziş imzalanıb.
Bakıda imzalanan 20 sənədin 3-ü xüsusi diqqət çəkir:
1. “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”
Hazırda dünyada enerji resursları uğrunda mübarizə gedir və bu resursları əlində tutan ölkələr geosiyasi arenda əsas söz sahibidirlər. Bu baxımdan energetika sahəsində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı əlaqələrin əsas sahəsini təşkil edir.
Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerji resurslarına, xüsusilə mavi qaza tələbatı artıb. Azərbaycan isə bu vəziyyətdən faydalanaraq Avropa bazarında əsas enerji oyunçusu olmaq istəyir. Müəyyən mənada buna nail olmuşuq. Lakin Qərbin mavi qaza və digər enerji resurslarına artan tələbini rəsmi Bakı təkbaşına qarşılaya bilməz.
Azərbaycan region ölkələri ilə bu sahədə əməkdaşlıqda maraqlıdır. Təsadüfi deyil ki, SOCAR və “Uzbekneftegaz” uzun müddətdir ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparırlar. “Uzbekneftegaz”ın Azərbaycanın neft-qaz təşəbbüslərinə, SOCAR-ın isə Özbəkistanın neft-qaz təşəbbüslərinə cəlb edilməsi üzrə planlar inkişaf etdirilib. “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş” də məhz bu inkişaf planlarının rəsmi şəkildə təsdiqlənməsi deməkdir.
2. “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”
Özbəkistanla Azərbaycanı bir-birinə yaxınlaşdıran səbəblər var. Belə ki, hər iki ölkə yerləşdiyi regionda böyük güclərin hədəfindədir.
Azərbaycan kimi Özbəkistan da regionda sərbəst xarici siyasət aparmaq istəyir. İki ölkənin bu niyyəti onları bir-birinə yaxınlaşdırır.
Hesab etmək olar ki, bu memorandum iki ölkəni xarici siyasətdə ortaq addımlar atmasına, ortaq maraqlar formalaşdırmasına səbəb olacaq. Müqayisə üçün deyim ki, Türkiyə və Azərbaycan uzun illərdir xarici siyasətdə atılan addımları qarşılıqlı şəkildə müzakirə edir, ortaq qərarlar verir.
3. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi
Hesab edirəm, imzalanan 20 sənəd içərisindən ən önəmlisi məhz budur.
Belə ki, Azərbaycan və Özbəkistan bir çox sahədə geniş əlaqələrə malikdir. Bu əlaqələrin 2023-2024-cü illər ərzində daha da dərinləşdirilməsi ondan xəbər verir ki, Daşkənd Bakı ilə əlaqələri mərhələli şəkildə dərinləşdirmək, inkişaf etdirmək istəyir.
Əlbəttə, Daşkəndin bu istəyində qeyri-adi heç nə yoxdur, lakin prosesin yekunu mümkündür ki, Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi kimi Füzuli və ya Daşkənd bəyannaməsi ilə yekunlaşsın. Yəni Azərbaycan-Özbəkistan münasibətləri rəsmi şəkildə hərbi-siyasi müttəfiqlik səviyyəsinə qaldırıla bilər.
Turan Rzayev
MİA.AZ
"Beşiktaş" Vilfred Ndidini transfer etmək istəyir
Bu gecə Nəsimi rayonunun bu küçələrində işıq olmayacaq - Siyahı
Fuad Xəlilov yeni vəzifəyə təyin olundu
Əli Əsədov ƏƏSMN-ə tapşırıq verdi
Prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb
Qəzzada daha 5 nəfər acından ölüb
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
Prezident İlham Əliyev ona vəzifə verdi - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Baş direktoru isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin... - Fələstinin Yunan Kiprindəki səfirinin sərsəm iddiaları (TƏHLİL)
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
Qəzzada daha 94 nəfər ölüb
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
"Beşiktaş" Samuel Çukvueze ilə maraqlanır
“Heç nə, yaşayıram” - Sabiq nazir haqqındakı iddialara cavab vermədi
Dövlət Neft Fondu 317 min manatı elə şeylərə xərcləyir ki...
Yeni rəislər vəzifədən azad olundular
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn olundu - FOTOLAR
Prezident İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
"Nyukasl Yunayted" bu təklifə razı olmadı - 140 milyon avro...
Yazıçı Anar: "Bu, bəlkə də mənim üçün taleyin cəzasıdır”
Əli Əsədov müavinləriylə birgə mərasimdə - FOTOLAR
Sabiq nazirlər Qusmanla bir arada - FOTO
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir - Daha bir zərərçəkən ifadə verib
Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verdi
"Çelsi" 19 yaşlı müdafiəçi transfer edib
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
"Rizəspor" müdafiəçi transfer edib
Sabahın hava proqnozu açıqlandı
"Flamenqo" klubu kolumbiyalı yarımmüdafiəçini transfer edib
Dövlət Su Ehtiyatları Agentliyi barədə daha bir qərar imzalanıb
KXCP-nin deputatlığa keçmiş namizədi tutulub - Narkotiklə
"Olimpik Marsel" İgor Payxaonu heyətinə qatdığını açıqlayıb
Brahim Diaz "Real Madrid" ilə müqaviləsini yeniləyəcək
"Məişət Zorakılığının Qarşısının Alınmasında Müasir Tendensiyalar və Maarifləndirmə Metodları" adlı dəyirmi masa keçirilib - FOTOLAR
"Anderlext" Yasin Özcanı icarə əsasında transfer edib
"Vulverhempton" David Moller Vulfunu heyətinə qatıb
"Göztəpə" braziliyalı müdafiəçi ilə müqavilə imzaladı
Nazirlik vergi borcu olan şirkətlə anlaşıb
"Göztəpə"nin oyunçusu "Əl Nəcmə" klubuna transfer olub
Azərbaycanda isti hava şəraiti davam edir