Türkiyə-Rusiya birgə filminin çəkilişi birdəfəlik dayandırılıb: "Anlaşma pozulub"

img

21-08-2023 [09:24]


Türkiyə və Rusiya rejissorlarının birgə layihəsi olan "Küsursuz" filminin çəkilişi növbəti dəfə təxirə salınıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iki il əvvəl çəkilişlərinə start verilən, lakin qəfildən ortaya çıxan anlaşılmazlıqlara görə çəkilişi dayandırılan film bu günlərdə yenidən gündəmə gəlib.

Məkumata görə, Türkiyənin BluTV kanalının layihəsi əsasında türk və rus rejissorları bu günlərdə yenidən bir araya gəlib razılaşsa da, ilk setin çəkilişində yenə də fikir ayrılığı yaranıb. Bununla da filmin çəkilişi ikinci dəfə dayandırılıb.

Türkyə mətbuatı yazır ki, türkiyəli rejissor Ender Mihlar filmə Tolqa Sarıtaş, Melisa Şenolsu və digər tanınmış aktyorları dəvət edibmiş.

Məlumata görə, filmin çəkilişi bu dəfə birdəfəlik dayandırılıb: "Artıq tərəflər arasında anlaşma tamamilə pozulub".

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR