Bakıdan Pakistana müntəzəm uçuşların sayı artırılıb

img

16-08-2023 [17:24]


Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır.

Mia.az xəbər evrir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçiyə həyata keçiriləcək: "Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu çevik cədvəl səyahətçilərə rahat seçimlər təklif edir".

AZAL-ın yeni reyslərinin açılması Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafına, turizmin, beynəlxalq daşımaların təşviqinə və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA