Qarabağ zonasında daha 392,12 ha ərazi minalardan təmizlənib

img

14-08-2023 [17:37]


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Mia.az-a verilən məlumata görə, avqustun 7-dən avqustun 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 185, tank əleyhinə 65 mina və 35 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

392,12 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA