Mafiya liderinə qarşı 4000 polis və hərbçi birgə əməliyyat keçirdi - Prezident səbəbi açıqladı, güllələnən namizədin arvadı isə... - FOTOLAR
14-08-2023 [00:13]
Seçkilərə 10 gün qalmış Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensionun başına 3 güllə çaxılaraq öldürlüməsindən sonra ölkədə mafiyaya qarşı amansız mübarizə başlayb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Prezidentliyə namizədin qətlinə görə 6 nəfər saxlanılsa da, onların arxasında həbsxanada yatan mafiyaların olma ehtimalına qarşı əməliyyatlar davam edir.
Məllumata görə, prezidentliyə namizəd Fernando Villavicencio silahlı hücumda həyatını itirdikdən sonra 4000 asayiş keşikçisi ölkənin ən böyük mafiyası sayılan "Los Choneros"un lideri "Fito" kimi tanınan Adolfo Maciasın saxlandığı həbsxanaya basqın edib.
Məlumatda deyilir ki, daha əvvəl Villavicencionu təhdid edən "Fito" 4 min əsgər və polisin birgə əməliyyatı ilə həbsxanadan çıxarılaraq başqa həbsxanaya apaırlıb.
Bu barədə "Twitter"də (Yeni adı X) paylaşım edən Ekvador prezidenti Guillermo Lasso bildirib ki, 4 min polis və əsgərin birgə əməliyyatı ilə "Fito"nun olduğu həbsxanada xeyli silah-sursat və partlayıcı maddələr tapılıb: "“Fito” kimi tanınan Adolfo Macias daha ciddi qorunan və yüksək təhlükəsizlik nəzarəti olan həbsxanaya köçürülüb. Biz bunu vətəndaşlarımızın və məhbuslarımızın təhlükəsizliyi üçün etdik. Ekvador yenidən sülh və əmin-amanlıq əldə edəcək. Əgər zorakılıq aktları olarsa, bütün gücümüzlə buna qarşı çıxacağıq".
CNN telekanalı xəbər verir ki, Villavicencionun öldürülməsindən sonra əvvəllər vitse-prezidentliyə namizədliyi irəli sürülmüş 36 yaşlı Andrea Qonzales Nader onun namizədliyi irəli sürülmüş "Movimiento Construye Partiyası”dan prezidentliyə namizəd elan olunub.
Siyasi karyerasında ətraf mühit məsələlərinə diqqət yetirən Naderin bu axşam namizədlər arasında keçiriləcək canlı yayıma qatılacağı gözlənilir.
Nader CNN-ə müsahibəsində Fernando Villavicencio sui-qəsdlə bağlı deyib: “Bu, bütün regionda və dünyada demokratiya üçün çox narahatedici an idi...".
Fernando Villavicencionun həyat yoldaşı Veronika Sarauz isə ərinin ölümündə dövləti günahlandırıb: "Dövlət Fernandonun təhlükəsizliyinə cavabdeh idi. Həyat yoldaşımın ölümünə birbaşa dövlət cavabdehdir. Onu lazımınca qoruya bilmədilər".
Xatırladaq ki, Ekvador prezidentliyinə namizəd Fernando Villavisensio avqustun 9-da güllələnib. O, çxışlarında daim narkomafiyanı hədələyib. Sonuncu dəfə mitinqdən çıxıb maşına oturarkən onun başına 3 güllə sıxılıb. Atışmadan 2 polis və 6 mülki şəxs də həlak olublar.
Hələlik sui-qəsdlə əlaqəli 6 kolumbiyalı cinayətkar dəstə üzvü saxlanılıb.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun