İstanbulda ictimai nəqliyyatda gedişhaqqı kəskin qalxdı

img

08-08-2023 [12:38]


İstanbulda Nəqliyyat Koordinasiya Mərkəzinin bu gün keçirilən iclasında ictimai nəqliyyatda gediş haqlarının 51,52 faiz artırılmasına qərar verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, avtobus, metro, yürüstü metrolarda gediçş haqları 9,90 TL olan tam bilet 15 TL-yə, tələbələr üçün isə 4,83 TL-dən 7,32 TL-yə yüksəlib. 

Taksilərdə isə "min-düş", yəni, taksiyə oturan kimi avtomatik sayğaca vurulan 40 tl başlancıq qiymət 70 tl-yə qaldırılıb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA