Azərbaycan Gürcüstana başsağlığı verdi: "Yanınızdayıq" - Ölkədə matəm elan oludu

img

04-08-2023 [14:51]


Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə nazirlik paylaşım edib:  “Gürcüstanın Şovi və Raça bölgəsində baş verən güclü sürüşmə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı veririk. Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”.

Xatırladaq ki, Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi olub. Nəticədə 7 nəfər ölüb, 30 nəfər isə torpaq altında qalıb.

Bununla bağlı Gürcüstanda avqustun 7-si matəm günü elan olunub.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA