"Ovçular" kolbasa və sosiskaları barədə qorxunc iddialar... - Şirkətin laboratoriya müdiri "açdı sandığı, tökdü pambığı" - VİDEO
02-08-2023 [23:45]
Azərbaycanda gündəmdən düşməyən məsələlərdən biri, bəlkə də birincisi kolbasa və sosiska məhsullarının tərkibi ilə bağlıdır.
Bakıvaxtı.az xəbər verir ki, texnologiyanın, dövrün inkişaf etməsinə baxmayaraq, insanlar hələ də kolbasa və sosislərin tərkibinə inanmır, sağlam ət təklif edilmədiyini düşünür.
Təbii ki, istehlakçıların belə düşünməsi əsassız deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zaman-zaman keçirdiyi monitorinqlərdə bu sahədə problemlər aşkarlayıb. Elə müxtəlif ət və ət məhsulları şirkətlərində çalışanlar da məhsulların sağlam ətdən hazırlanmadığını iddia edirlər.
İddialardan biri də “Ovçular” Ət və Ət Məhsulları MMC haqqındadır.
Bakıvaxtı.az-ın məlumatına görə, 2016-2022-ci illər ərzində “Ovçular” MMC-də çalışmış həkim, baytar və laboratoriya müdiri Sevinc Qaziyeva müəssisənin istehlakçılara təklif etdiyi ətin mikroblu olduğunu iddia edir: “İşlədiyim müddətdə heç vaxt pis işə yol verməmişəm. Müəssisəyə yeni işə girdiyim vaxt əti analiz etməyə icazə vermirdilər. Bir dəfə mən özüm əti analiz etdim və gördüm ki, mikrob var”.
O, məsələ ilə bağlı müdriyyətə məlumat verdiyini, lakin əks reaksiya ilə qarşılaşdığını qeyd edib: “Gedib bunu müdiriyyətə dedim. Müdiriyyət mənə çox qeyri-adi reaksiya verdi, üstümə qışqırdı ki, sən niyə əti yoxlayırsan? Otaqdan çıxanda digər müdir mənə sual verdi ki, mal ətinin içində ət olur?! Ondan sonra mənə ora gələn ətləri yoxlamağa icazə vermədilər”.
S.Qarayeva bildirib ki, baytar olandan sonra ona daha kəskin şəkildə əti yoxlamamağı tapşırıblar: “Mənim də acığım tutdu ki, baytar olduğum halda, niyə mən ət emalı otağına girə bilmirəm”.
S.Qazıyevanın sözlərinə görə, müəssisə “Leş Tofiq” ləqəbi ilə tanınan, qanunsuz ət satışı ilə məşğul olduğu üçün həbs edilən şəxsdən ət alır.
“Sonra başa düşdüm ki, məhsulları ordan-burdan ət alaraq hazırlayırlar. Onların içində “Leş Tofiq”in ətləri də var idi. Ora müəssisə müdirinin öz yeri olduğundan əti daha çox ordan alırdı. İnsanlara haram ət yedizdirirlər”, - deyə Sevinc Qazıyeva iddia edib.
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq