"Azərbaycan və İranı bir-birinə tarixi qonşuluq bağları bağlayır, lakin..." - Hikmət Hacıyevdən müsahibə
02-08-2023 [16:12]
“Azərbaycan dost və qardaş dövlət kimi qəbul etdiyi Səudiyyə Ərəbistanı ilə güclü strateji əlaqələr qurmağa çalışır”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər dostluq, qardaşlıq və tərəfdaşlıq xarakteri daşıyır.
"Azərbaycan xalqı qardaş ölkə Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləməklə bağlı qəti mövqeyini yüksək qiymətləndirir. Öz növbəsində, Azərbaycan da Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumları qeyd-şərtsiz pisləyir, bunları qəbuledilməz hesab edir”, - H.Hacıyev söyləyib.
Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, Bakı ilə Ər-Riyad arasında münasibətlər yüksələn xətlə inkişaf edir: “Turizm bizim üçün vacib sahələrdən biridir: Azərbaycan ilə Krallıq arasında birbaşa uçuşların sayı artır. Statistikaya görə, 2022-ci ildə Azərbaycana 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşı səfər edib. Biz əlaqələrdə daha da irəliləyiş olacağını gözləyirik, Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticarət sektorunda əməkdaşlığı daha da inkişaf etdirməyə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi sahələrdə investisiyaların və əlaqələrin artmasına çalışırıq”.
H.Hacıyev Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası layihələrində Səudiyyə Ərəbistanı şirkətlərinin fəal iştirak edəcəklərini gözlədiyini bildirib.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycana sərmayə qoyan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin fəaliyyəti hesabına da olmaqla, bərpa olunan enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi gözlənilir.
O vurğulayıb ki, Azərbaycan ənənəvi enerji resurslarının - neft və qazın ixracatçısı kimi öz gələcək enerji təhlükəsizliyini təmin etməyə çalışır və Prezident İlham Əliyevin də bildirdiyi kimi, hazırda ölkə “yaşıl” enerjinin istehsalı və ixracını artırmağa çalışır: “Azərbaycanın bu sahədə böyük potensialı var”.
H.Hacıyev əlavə edib ki, hazırda bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində iş aparılır.
Prezidentin köməkçisi Azərbaycanın OPEK-ə daxil olma ehtimalını şərh edərkən söyləyib ki, ölkə artıq OPEC+ üzvüdür və bu format çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir və tələb və təklif arasında müvafiq balansı təmin etmək üçün dünyada neftin qiymətinin sabitliyinə töhfə verməyə çalışır: “Biz bu format çərçivəsində fəal əməkdaşlıq edirik. Bu baxımdan energetika nazirlərimizin tez-tez qarşılıqlı səfərlər etməsi, onlar arasında görüşlər və məsləhətləşmələr keçirilməsi böyük əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, iki ölkə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində bir-birini dəstəkləyir: “Biz Səudiyyə Ərəbistanının Azərbaycanın Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏDƏŞ) və Ərəb Dövlətləri Liqası ölkələri ilə əlaqələrinin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndiririk”.
H.Hacıyev bildirib ki, KƏDƏŞ-in Baş Katibliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizmini müəyyən edən anlaşma memorandumu mövcuddur: “Biz regional və beynəlxalq təhlükəsizlik məsələlərini həll etmək üçün Körfəz ölkələri ilə Azərbaycan arasında təhlükəsizlik dialoqunda iştirak edə bilərik. Bundan əlavə, iqtisadi və ticarət əlaqələri, qarşılıqlı humanitar fəaliyyət sahəsində gələcək əməkdaşlığı gözləyirik”.
İranla münasibətlərlə bağlı sualı cavablandıran H.Hacıyev qeyd edib ki, İran Azərbaycanla qonşudur: “Azərbaycan qonşuları ilə ərazi bütövlüyünə, suverenliyə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlər qurur. Azərbaycan və İranı bir-birinə tarixi qonşuluq bağları bağlayır, lakin bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə edilən hücum və səfirlik əməkdaşının öldürülməsi münasibətlərimizdə gərginliyə səbəb olub. Bu gərginliyin aradan qaldırılması üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir”.
Qeyd edək ki, H.Hacıyevin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və bunun üçün yeni imkanların araşdırılması planları fonunda reallaşıb.
MİA.AZ
Netanyahu Qəzzaya hücumu genişləndirəcək
34 yaşlı təcrübəli hücumçu "Porto"ya keçib
Müdafiə Nazirliyi: "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Səbail rayonunda transformatorda güclü yanğın başlayıb
"Beşiktaş" Vilfred Ndidini transfer etmək istəyir
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir - Zərərçəkənlər ifadə veriblər (YENİLƏNİB)
Şagird yerdəyişməsi başlayır
Bu gecə Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq - Siyahı
Fuad Xəlilov yeni vəzifəyə təyin olundu
Əli Əsədov ƏƏSMN-ə tapşırıq verdi
Prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb
Qəzzada daha 5 nəfər acından ölüb
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
Prezident İlham Əliyev ona vəzifə verdi - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Baş direktoru isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin... - Fələstinin Yunan Kiprindəki səfirinin sərsəm iddiaları (TƏHLİL)
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
Qəzzada daha 94 nəfər ölüb
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
"Beşiktaş" Samuel Çukvueze ilə maraqlanır
“Heç nə, yaşayıram” - Sabiq nazir haqqındakı iddialara cavab vermədi
Dövlət Neft Fondu 317 min manatı elə şeylərə xərcləyir ki...
Yeni rəislər vəzifədən azad olundular
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn olundu - FOTOLAR
Prezident İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
"Nyukasl Yunayted" bu təklifə razı olmadı - 140 milyon avro...
Yazıçı Anar: "Bu, bəlkə də mənim üçün taleyin cəzasıdır”
Əli Əsədov müavinləriylə birgə mərasimdə - FOTOLAR
Sabiq nazirlər Qusmanla bir arada - FOTO
Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verdi
"Çelsi" 19 yaşlı müdafiəçi transfer edib
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
"Rizəspor" müdafiəçi transfer edib
Sabahın hava proqnozu açıqlandı
"Flamenqo" klubu kolumbiyalı yarımmüdafiəçini transfer edib
Dövlət Su Ehtiyatları Agentliyi barədə daha bir qərar imzalanıb
KXCP-nin deputatlığa keçmiş namizədi tutulub - Narkotiklə
"Olimpik Marsel" İgor Payxaonu heyətinə qatdığını açıqlayıb
Brahim Diaz "Real Madrid" ilə müqaviləsini yeniləyəcək
"Məişət Zorakılığının Qarşısının Alınmasında Müasir Tendensiyalar və Maarifləndirmə Metodları" adlı dəyirmi masa keçirilib - FOTOLAR
"Anderlext" Yasin Özcanı icarə əsasında transfer edib