İlham Əliyevin Qarabağ ermənilərinə mesajı: nələr planlanır? - TƏHLİL
02-08-2023 [14:07]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib.
Müsahibə zamanı prezidentin Qarabağ erməniləri ilə bağlı dedikləri diqqət çəkir:
“Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar.
Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, - İlham Əliyev qeyd edib.
Prezidentin qeyd etdiyi təhlükəsizlik təminatları, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqları bu gün Qarabağ ermənilərini ən çox narahat edən məsələlərdir. Rəsmi Bakı ermənilərin bu narahatlığını yaxşı bilir.
Ermənilər qeyd olunan məsələləri mədəni muxtariyyət və ya xüsusi bir status çərçivəsində onlara verilməsini istəsə də rəsmi Bakı bununla razılaşmır. Məsələ ondadır ki, ermənilərin xüsusi status kimi tələb etdiyi hüquqlar Azərbaycan konstitusiyası ilə ölkədə yaşayan bütün etnik azlıqlara verilir. Digər etnik azlıqlara verilən hüquqların ermənilərə xüsusi imtiyaz kimi verilməsi həm məntiqsiz addım olar, həm də ölkədə yaşayan digər xalqlara ədalətsizlik.
Yevlax görüşünün detalları
Prezidentin çıxışının diqqətçəkən digər tərəfi də məlum açıqlamaların Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbərinin yayıldığı bir zamanda deməsidir.
Düzdür, xəbər hələlik təsdiqini tapmasa da mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının maraqlarına uyğundur.
Prezidentin qeyd etdiyi təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi məsələləri mümkündür ki, Yevlaxda və ya bu formatda digər şəhərlərin birində baş tutacaq görüşün əsas müzakirə mövzusu olacaq. Yəni Bakı üçün mədəni muxtariyyət və ya xüsusi imtiyaz kimi məsələlər müzakirə mövzusu deyil. Prezidentin dediyi məsələlərdə yalnız və yalnız Azərbaycan konstitusiyasında göstərilən maddələr əsasında Qarabağ ermənilərinə təklif edilir.
Bələdiyyə detalı
Prezident müsahibə zamanı Qarabağ ermənilərinin təmin ediləcəyi hüquqlar arasında bələdiyyə hüquqlarını da vurğulayıb. Bu, olduqca mühüm detaldır.
Məsələ ondadır ki, Azərbaycanda bələdiyyələr olsa da, səlahiyyət və vəzifələri çox məhduddur. Hətta uzun illərdir bələdiyyələrin səlahiyyətinin artırılmasına dair müxtəlif təkliflər verilir, bu istiqamətdə çağırışlar edilir.
Prezidentin bu istiqamətdə ermənilərin hüquqlarının təmin ediləcəyini bildirməsi özündə iki məna ehtiva edir.
Birincisi, ermənilərin bələdiyyə hüququ mövcud Azərbaycan reallıqları əsasında təmin ediləcək. Yəni gələcəkdə bələdiyyələrin səlahiyyəti artacağı təqdirdə ermənilər də bundan faydalanacaq.
İkincisi, bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi dövlətin gündəmindədir və ermənilərin inteqrasiya prosesi uğurla baş tutarsa, pilot layihə kimi ilk olaraq buna Xankəndi bələdiyyəsi ilə start verilə bilər.
Təbii ki, bu, subyektiv yanaşmamdır və belə olmaya da bilər. Lakin mühüm olan Prezidentin bələdiyyə detalını vurğulamasıdır və bu heç də səbəbsiz deyil.
Turan Rzayev
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun