Prezident İlham Əliyev daha bir fərman imzalayıb
01-08-2023 [14:24]
Prezident İlham Əliyev Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında Fərman imzalayıb.
Mia.az xəbər verir ki, Fərmana əsasən Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi (bundan sonra – altsistem) yaradılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi altsistemin 2023-cü il sentyabrın 1-dək formalaşdırılmasını təmin etməlidir.
Nazirlər Kabineti idarələrarası elektron sənəd dövriyyəsi sistemi ilə bağlı təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, altsistemin, Fərmanın 6-cı hissəsinə əsasən yaradılacaq elektron sənəd dövriyyəsi sistemlərinin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görməli və Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Azərbaycan Prezidentinin İşlər İdarəsinə tapşırılsın və Milli Məclisiə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə, Baş Prokurorluğua, Mərkəzi Banka, Hesablama Palatasına, İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatına, Məhkəmə-Hüquq Şurasının Aparatına, Mərkəzi Seçki Komissiyasının Katibliyinə, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyinə, Audiovizual Şurasının Aparatına, Azərbaycan Kredit Bürosuna, İcbari Sığorta Bürosuna tövsiyə edilib ki, altsistem formalaşdırıldıqdan sonra elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etsinlər.
Mərkəzi icra hakimiyyəti orqanları 2023-cü il noyabrın 1-dək, yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər 2024-cü il avqustun 1-dək mövcud elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etməlidir.
Elektron sənəd dövriyyəsi sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) altı ay müddətində elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması ilə bağlı tədbirlər görməlidir.
Dövlət orqanları (qurumları) Fərmanın 5-ci və 6-cı hissələrində nəzərdə tutulan tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu haqqında ı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi nəzərə alınmaqla həyata keçirməlidir.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə qoşulması üçün onları mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli, dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə inteqrasiyası üçün onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy verməli və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə altsistemin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun