Surət Hüseynov vəfat edib - Kürəkəni danışdı (YENİLƏNİB)
31-07-2023 [22:03]
Keçmiş baş nazir Surət Davud oğlu Hüseynov Türkiyədə vəfat edib.
Mia.az xəbər verir ki, o, İstanbulda Başakşehir Çam və Sakura Xəstəxanasında reanimasiya şəraitinə koma vəziyyətində çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.
Bu gün Türkiyədə dünyasını dəyişən Surət Hüseynov Gəncə şəhərində dəfn olunacaq.
***
"Hələ dəqiq bilinmir nə baş verib”.
Mia.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya Surət Hüseynovun Kamran adlı kürəkəni deyib.
Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir: "Onun reanimasiyada olduğu bildirilir. Hələ ki, ora gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər komaya düşüb”.
Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.
"Vallah bilinmir, qəfil olub deyəsən. Bir ora gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, deyə Surət Hüseynovun kürəkəni bildirib.
***
Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.
Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas füqur olub.
Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.
İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.
***
Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş naziri Surət Hüseynov bu gün vəfat edib.
Yaxınları onun ölümü ilə bağlı bəzi məlumatları bölüşüb.
Bildirilir ki, Surət Hüseynov bir müddət əvvəl Rusiya paytaxtı Moskvada insult keçiribmiş.
Yaxınları bildirib ki, insult nəticəsində Hüseynovun bədənin sağ və ya sol yarısında ətraflarda qəfil zəiflik, üzün asimmetriyası yaranıb: “Bir az özünə gəlmişdi. İsrarla deyib ki, Türkiyədə həkimim var. O, məni müayinə edəcək. İstanbula getmək üçün təkbaşına təyyarəyə minib. Elə İstanbul hava limanında təyyarədən enərkən qəfil huşunu itirib. Tibbi müdaxiləyə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”.
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun