İki rəisə yeni vəzifə verildi - Fərman

img

28-07-2023 [12:17]


Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

Mia.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, qurumun tərkibinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi də daxil edilib.

Bundan başqa, Xüsusi Dövlət Mühafizə Xidməti isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə əvəz edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA