Deputatın "Kontakt"ı: anası ağlayan dövlət dili və ya reklam fırıldağı...
27-07-2023 [15:56]
1-ci atış – 5% geri al
2-ci atış – 25 % geri al
3-cü atış – 100% geri al
4-cü atış – Volkswagen İD.4 hədiyyə
Və ya
Şeş-qoşa macərasına sən də qoşul!
Kontakt-a gəl, həm nağd, həm hissəli alış edib oyunda iştirak et:
1-ci atışda tək zərlə şeş (altı) atsan, məbləğin 5%-ni;
2-ci atışda tək zərlə şeş (altı) atsan, məbləğin 25%-ni;
3-cü atışda tək zərlə şeş (altı) atsan, məbləğin 100%-ni geri alacaqsan;
Burada yazını oxumağı dayandırın və bu reklam mətnindən nə anladığınızı düşünün! Mətn hansı mənaya gəlir?
Fikrimcə, Azərbaycan dilini normal bilən istənilən adam məhz belə düşünər ki, müştəri “Kontakt Home” mağazalar şəbəkəsində alış-veriş etdikdən sonra satış mərkəzlərində təşkil olunan zər atma kampaniyasına qoşulur və əgər “şeş” atırsa, o zaman mağazaya ödədiyi məbləğin uyğun olaraq 5, 25 və ya 100 faizini dərhal geri alır.
Lakin, sözügedən mağazalar şəbəkəsinin kampaniya şərtləri heç də satış mərkəzlərində yerləşdirilən bannerlərdə və mediada yaydığı reklam mətnlərinə uyğun deyil. Orada sizə heç kim pul qaytarmır. Yumşaq ifadə etsək, bu kampaniya sadəcə aldatmacadır. Hüquqi dillə isə qanunvericiliyə ziddir.
Mağazanın saytında kampaniya haqqında ana dilimizdə dəqiq ifadə olunub: “5% və 25% məbləğində keşbek qazanan müştərinin ödəniş sənədində uduşun məbləğinə müvafiq “keşbek” (cashback) ştampı vurulur. Müştəri udduğu tarixdən etibarən 30 gün ərzində istənilən Kontakt mağazasına gedib müvafiq möhürlə satınalma sənədində göstərilən məhsul dəyərində 5% və 25% ala bilər”.
Kampaniya isə əslində təqdim olunduğu kimi deyil, belə işləyir: Tutaq ki, bir “şeş” atıb 5% “geri al” qazanırsınızsa, mağaza bu haqda sizə 5 faiz endirim kuponu verir. Yalnız növbəti alış zamanı həmin 5 faizdən istifadə edib endirim əldə edə bilirsiniz. Mağaza sizə pul, filan qaytarmır. Dolayısı ilə bunu öz satışını artırmaq üçün manipulyasiya edir. Özü də sözügedən kuponun cəmi 30 gün istifadə müddəti olur. Yaxşı, siz 30 gündə iki dəfə evinə hər hansı texniki əşya, özünə telefon, kompüter və ya digər məhsul alan görmüsünüzmü? Təbii ki, istisnalar ola bilər. Lakin böyük çoxluq bu kateqoriyada deyil. Adamlar ayda-ildə bir dəfə “Kontakt”ın vitrinində olan məhsullardan alır, ya da almır. Nəticə, qazanılan “geri al”lar heç bir məna ifadə etmir.
Bu reklam haqqında qanunvericiliyin pozulmasıdırmı? Aidiyyatı qurumlar və hüquqşünaslar daha dəqiq cavab verə bilər. “Reklam haqqında” qanunda isə məsələ konkret ifadə olunub:
Maddə 4.2. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir.
Bir məsələ də var: Avtomobil uduşunda hər müştəri iştirak edə bilməz. Yalnız 300 manatlıq alış edənlər 4-cü zəri ata bilər. Təbii ki, bu şərt də mağazalarda qoyulan “gəl-gəl” deyən bannerlərdə yoxdur. Bunu zər atanların videosunu çəkən gözəl qızlar “şirin dillə” şifahi şəkildə nəzərə çatdırırlar…
Hə, onu da qeyd edək ki, Kontak dansa da, hamı bilir ki, bu şirkətin sahibi deputat Elnur Allahverdiyevdir.


Yenisabah.az
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq