Xalq artisti: "Şəfiqə Məmmədova ilə küslü deyilik, indi hər şey qaydasındadır”

img

26-07-2023 [15:07]


Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid ad altında birləşməsindən danışıb.

Bu barədə aktyor “Sherg.az”a açıqlama verib. Sənətçi bildirib ki, digər ittifaqın idarə heyəti ilə birgə qərar verib:

“Biz özümüz yığışdıq. Bu gün birgə bəyanat verdik ki, birləşməyi daha məqsədəuyğun hesab edirik. Bu təklifimizə müsbət yanaşdılar. Qərar çıxdı ki, belə biz birləşək. Sədr seçimi ilə bağlı gələcəkdə düşünüləcək. İki ittifaqın da idarə heyəti birləşdi. Başda nazirimiz olmaq şərtilə bizim istəyimizi dəstəklədilər. Ayrı olmaqdansa, birləşmək yaxşıdır. Mən həmişə deyirdim ki, ittifaqlarımız bir olsa, daha məqsədəuyğundur. Daha işlək olar”.

R. Balayev həmçinin həmkarı, keçmiş ARKİ-nin sədri Şəfiqə Məmmədova ilə küslü olması ilə bağlı yayılan iddialardan da söz açıb:

“Bizim münasibətlərimiz çox yaxşıdır. İnsanlar arasında narazılıq ola bilir. İndi hər şey qaydasındadır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.05.2024

Sabah yağış yağacaq