Bakıda yanğın... - Eldar Əzizov hadisə yerinə gedib

img

24-07-2023 [23:21]


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Mia.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın qısa müddətdə tam nəzarətə götürülüb, ətraf ərazilər üçün hər hansı təhlükə yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA