Bu nazirin 4 müavini olacaq - Fərman

img

24-07-2023 [16:00]


Elm və təhsil nazirinin 4 müavini olacaq.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş nazirliyin əsasnaməsində öz əksini tapıb.

Yeni əsasnaməyə əsasən, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini olacaq.

Qeyd edilib ki, nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Qeyd edək ki, hazırda Elm və təhsil nazirinin 3 müavini var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA