İlham Əliyev Elm və Təhsil Nazirliyi ilə bağlı fərman imzalayıb

img

24-07-2023 [15:29]


Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə təsdiq edilib.

Eyni zamanda nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi və nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi təsdiq olunub.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA