"Onu yazanı məhkəməyə verəcəm" - Elzadan vulqar ifadələrlə zəngin şeirlə bağlı açıqlama

img

21-07-2023 [10:38]


Ötən gün sosial şəbəkələrdə vulqar ifadələrlə zəngin olan "bir-bir soxun" şeiri paylaşılıb.

Mia.az xəbər verir ki, həmin şeirin müəllifi kimi isə bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olan bəstəkar-müğənni Elza Seyidcahan olduğunu yazıblar.

Lakin müğənni Qaynarinfo-ya açıqlamasında həmin şeirin ona məxsus olmadığını deyib: "Elza heç bir vaxt belə şeir yaza bilməz. Onu yazanı məhkəməyə verəcəm. Qoy həmin adam gəlib məhkəmədə, qanun qarşısında cavab versin. Bütün jurnalistlərə səslənirəm, adımdan bu şeiri yazan adamın tapılmasına yardımçı olun".

Qeyd edək ki, Elza Seyidcahanın adıçəkilən şeiri Dövlət Gömrük Komitəsinə həsr etdiyi iddia olunub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.05.2024

Sabah yağış yağacaq