AXCP-nin təkrar qeydiyyata alınmasından imtina olundu - Səbəb

img

20-07-2023 [18:53]


Ədliyyə Nazirliyi Əli Kərimlini sədr olduğu AXCP-ni qeydiyyata almaqdan imtina edib.

Mia.az xəbər verir ki, bu barədə nazirliik partiyaya rəsmi məktub göndərib.

Məktubda bildirilib ki, reyestr üçün göndərilən siyahıda çatışmazlıqlar aşkarlanıb.

Qeyd olunub ki, təqdim olunan 5138 nəfərlik siyahıda 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir.

Bundan əlavə, siyahıdakılardan  119 nəfərin başqa partiyaların üzvü olması, 59 nəfər barədə məlumatların təkrarlanması, 609 nəfərin isə AXCP üzvü olmadıqları iddia olunub.

Yekin olaarq partiyaya bu çatışmazlıqları 30 gün müddətinə aradan qaldırmaq tövsiyə olunub.

AXCP-dən verilən məlumatda isə bu iradla razılaşılmayıb. Qeyd olunub ki, partiya istənilən an həmin 5 min nəfəri Ədliyyə Nazirliyinin önünə toplaya bilər.

Bununla belə, partiya tərəfdarlarına onlayn üzvlüklə bağlı aktiv olmağa çağırış edib.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib