Magistraturaya qəbul: hansı universitetlərdə boş yerlər qalıb? - CƏDVƏL
20-07-2023 [11:36]
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələri haqqında statistik göstəriciləri açıqlayıb.
Mərkəzdən Mia.az-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 17359 bakalavrdan 13286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.
Qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.
Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 14038 yerin 94.64 %-i dolub. Bu son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.63%, 2021-ci ildə isə 92.95% olub.
Magistraturaya qəbul 71 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, neft-qaz mühəndisliyi, gəmiqayırma, istehlak mallarının ekspertizası, fövqəladə hallar, hava nəqliyyatı, pedaqogika, mexanika, biologiya, torpaqşünaslıq və aqrokimya, filologiya, sosiologiya, psixologiya, balıqçılıq, bədən tərbiyəsi, MBA, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlükəsizliyi, çox işlənən malların texnologiyası və aktyor sənətinə uyğun olan 2, 7, 21, 24, 25, 27, 30, 34, 35, 38, 42, 48, 52, 54, 57, 60, 71, 72, 74 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı istilik energetikası, dəmiryol nəqliyyatı, dağ-mədən mühəndisliyi, çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması və kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi sahələrinə aid 4, 8, 29, 64, 65 saylı proqramlara ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalmışdır. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı məlum idi.
Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.
Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam (100%), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Qərbi Kaspi Universitetlərində plan yerləri 95% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstituna (66.67%) aiddir.
Aşağıdakı cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul edilənlərin sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.
|
Qəbul |
Qəbul edilibdir (o cümlədən, d.s. əsasında) |
Qəbulolma faizi |
Vakant yerlərin |
|||
|
Azərbaycan bölməsi |
Rus bölməsi |
Bölmələr üzrə cəmi |
sayı (faizi) |
|||
|
Proqram 1 |
142 |
127 (112) |
14 (10) |
141 (122) |
99.30 |
1 (0.70) |
|
Proqram 2 |
283 |
240 (197) |
43 (23) |
283 (220) |
100.00 |
0 (0.00) |
|
Proqram 3 |
233 |
205 (176) |
21 (16) |
226 (192) |
97.00 |
7 (3.00) |
|
Proqram 4 |
71 |
32 (28) |
0 (0) |
32 (28) |
45.07 |
39 (54.93) |
|
Proqram 5 |
168 |
104 (97) |
10 (10) |
114 (107) |
67.86 |
54 (32.14) |
|
Proqram 6 |
235 |
183 (149) |
18 (17) |
201 (166) |
85.53 |
34 (14.47) |
|
Proqram 7 |
29 |
24 (19) |
5 (1) |
29 (20) |
100.00 |
0 (0.00) |
|
Proqram 8 |
36 |
15 (12) |
1 (0) |
16 (12) |
44.44 |
20 (55.56) |
|
Proqram 9 |
67 |
62 (45) |
0 (0) |
62 (45) |
92.54 |
5 (7.46) |
|
Proqram 10 |
125 |
101 (76) |
9 (9) |
110 (85) |
88.00 |
15 (12.00) |
|
Proqram 11 |
290 |
239 (201) |
26 (22) |
265 (223) |
91.38 |
25 (8.62) |
|
Proqram 12 |
13 |
12 (9) |
0 (0) |
12 (9) |
92.31 |
1 (7.69) |
|
Proqram 13 |
233 |
192 (168) |
8 (7) |
200 (175) |
85.84 |
33 (14.16) |
|
Proqram 14 |
1164 |
1019 (945) |
122 (115) |
1141 (1060) |
98.02 |
23 (1.98) |
|
Proqram 15 |
110 |
86 (67) |
14 (13) |
100 (80) |
90.91 |
10 (9.09) |
|
Proqram 16 |
166 |
146 (120) |
8 (6) |
154 (126) |
92.77 |
12 (7.23) |
|
Proqram 17 |
49 |
47 (40) |
0 (0) |
47 (40) |
95.92 |
2 (4.08) |
|
Proqram 18 |
178 |
158 (149) |
15 (5) |
173 (154) |
97.19 |
5 (2.81) |
|
Proqram 19 |
271 |
251 (147) |
16 (7) |
267 (154) |
98.52 |
4 (1.48) |
|
Proqram 20 |
89 |
80 (60) |
1 (0) |
81 (60) |
91.01 |
8 (8.99) |
|
Proqram 21 |
76 |
71 (45) |
5 (5) |
76 (50) |
100.00 |
0 (0.00) |
|
Proqram 22 |
159 |
148 (91) |
10 (4) |
158 (95) |
99.37 |
1 (0.63) |
|
Proqram 23 |
108 |
67 (51) |
5 (4) |
72 (55) |
66.67 |
36 (33.33) |
|
Proqram 24 |
43 |
43 (30) |
0 (0) |
43 (30) |
100.00 |
0 (0.00) |
|
Proqram 25 |
6 |
6 (3) |
0 (0) |
6 (3) |
100.00 |
0 (0.00) |
|
Proqram 26 |
2086 |
1819 (820) |
192 (63) |
2011 (883) |
96.40 |
75 (3.60) |
|
Proqram 27 |
491 |
477 (187) |
14 (8) |
491 (195) |
100.00 |
0 (0.00) |
|
Proqram 28 |
194 |
173 (139) |
12 (10) |
185 (149) |
95.36 |
9 (4.64) |
|
Proqram 29 |
30 |
12 (12) |
0 (0) |
12 (12) |
40.00 |
18 (60.00) |
|
Proqram 30 |
7 |
5 (5) |
2 (2) |
7 (7) |
100.00 |
0 (0.00) |
|
Proqram 31 |
123 |
109 (91) |
9 (6) |
118 (97) |
95.93 |
5 (4.07) |
|
Proqram 32 |
140 |
123 (98) |
5 (4) |
128 (102) |
91.43 |
12 (8.57) |
|
Proqram 33 |
195 |
160 (126) |
10 (9) |
170 (135) |
87.18 |
25 (12.82) |
|
Proqram 34 |
74 |
70 (43) |
4 (2) |
74 (45) |
100.00 |
0 (0.00) |
|
Proqram 35 |
137 |
134 (128) |
3 (2) |
137 (130) |
100.00 |
0 (0.00) |
|
Proqram 36 |
72 |
69 (64) |
2 (1) |
71 (65) |
98.61 |
1 (1.39) |
|
Proqram 37 |
84 |
71 (30) |
3 (3) |
74 (33) |
88.10 |
10 (11.90) |
|
Proqram 38 |
263 |
263 (49) |
0 (0) |
263 (49) |
100.00 |
0 (0.00) |
|
Proqram 39 |
22 |
2 (0) |
16 (1) |
18 (1) |
81.82 |
4 (18.18) |
|
Proqram 40 |
261 |
221 (42) |
9 (2) |
230 (44) |
88.12 |
31 (11.88) |
|
Proqram 41 |
54 |
45 (4) |
0 (0) |
45 (4) |
83.33 |
9 (16.67) |
|
Proqram 42 |
169 |
162 (71) |
7 (6) |
169 (77) |
100.00 |
0 (0.00) |
|
Proqram 43 |
64 |
41 (15) |
2 (0) |
43 (15) |
67.19 |
21 (32.81) |
|
Proqram 44 |
45 |
32 (29) |
1 (1) |
33 (30) |
73.33 |
12 (26.67) |
|
Proqram 45 |
18 |
15 (4) |
1 (0) |
16 (4) |
88.89 |
2 (11.11) |
|
Proqram 46 |
160 |
137 (62) |
12 (3) |
149 (65) |
93.13 |
11 (6.88) |
|
Proqram 47 |
271 |
204 (48) |
33 (4) |
237 (52) |
87.45 |
34 (12.55) |
|
Proqram 48 |
128 |
120 (36) |
8 (2) |
128 (38) |
100.00 |
0 (0.00) |
|
Proqram 49 |
168 |
136 (92) |
20 (8) |
156 (100) |
92.86 |
12 (7.14) |
|
Proqram 50 |
51 |
43 (23) |
1 (1) |
44 (24) |
86.27 |
7 (13.73) |
|
Proqram 51 |
12 |
8 (8) |
0 (0) |
8 (8) |
66.67 |
4 (33.33) |
|
Proqram 52 |
22 |
22 (15) |
0 (0) |
22 (15) |
100.00 |
0 (0.00) |
|
Proqram 53 |
122 |
107 (55) |
11 (4) |
118 (59) |
96.72 |
4 (3.28) |
|
Proqram 54 |
63 |
60 (22) |
3 (1) |
63 (23) |
100.00 |
0 (0.00) |
|
Proqram 55 |
33 |
29 (19) |
2 (1) |
31 (20) |
93.94 |
2 (6.06) |
|
Proqram 56 |
3771 |
3459 (0) |
301 (0) |
3760 (0) |
99.71 |
11 (0.29) |
|
Proqram 57 |
10 |
10 (5) |
0 (0) |
10 (5) |
100.00 |
0 (0.00) |
|
Proqram 58 |
22 |
14 (9) |
7 (4) |
21 (13) |
95.45 |
1 (4.55) |
|
Proqram 60 |
8 |
8 (7) |
0 (0) |
8 (7) |
100.00 |
0 (0.00) |
|
Proqram 61 |
20 |
10 (10) |
4 (4) |
14 (14) |
70.00 |
6 (30.00) |
|
Proqram 62 |
10 |
8 (8) |
0 (0) |
8 (8) |
80.00 |
2 (20.00) |
|
Proqram 63 |
10 |
7 (7) |
0 (0) |
7 (7) |
70.00 |
3 (30.00) |
|
Proqram 64 |
10 |
3 (3) |
0 (0) |
3 (3) |
30.00 |
7 (70.00) |
|
Proqram 65 |
10 |
5 (5) |
0 (0) |
5 (5) |
50.00 |
5 (50.00) |
|
Proqram 68 |
108 |
81 (55) |
4 (3) |
85 (58) |
78.70 |
23 (21.30) |
|
Proqram 69 |
29 |
20 (14) |
1 (1) |
21 (15) |
72.41 |
8 (27.59) |
|
Proqram 70 |
78 |
39 (28) |
3 (3) |
42 (31) |
53.85 |
36 (46.15) |
|
Proqram 71 |
5 |
5 (5) |
0 (0) |
5 (5) |
100.00 |
0 (0.00) |
|
Proqram 72 |
8 |
8 (5) |
0 (0) |
8 (5) |
100.00 |
0 (0.00) |
|
Proqram 74 |
4 |
4 (3) |
0 (0) |
4 (3) |
100.00 |
0 (0.00) |
|
Proqram 75 |
32 |
20 (9) |
5 (1) |
25 (10) |
78.13 |
7 (21.88) |
|
Cəmi |
14038 |
12228 (5547) |
1058 (434) |
13286 (5981) |
94.64 |
752 (5.36) |
Magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun