Əkrəm İmamoğlu Kılıçdaroğlunu devriməyə cəhd edir? - CHP toplanır, gizli iclas müzakirə olunacaq

img

19-07-2023 [16:14]


İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun CHP-nin nüfuzlu funksionerləri ilə onlayn qaydada gizli yığıncaq keçirməsi Türkiyədə gündəmi silkələyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlayın iclasın səs yazısının mediaya sızdırılmasından sonra CHP təcili toplantı çağırıb.

Partiya sözçüsü Faiq Öztrak isə deyib ki, xalq bahalaşma məngənəsində əzilərkən birilərinin  partiyada subardinasiyanı gözləmədən gizli toplantılar keçirməsi etik deyil və gərəkli cavab olacaq.

O, jurnalistin sualına cavabda "səs yazısı orata çıxana qədər bundan xəbərsiz  idik" deyib.

Bu arada bəlli olub ki, CHP-nintəcili çağırılan İdarə Heyətinin iclasına İmamoğlu ilə gizli toplantıda olan partiyanın parlamentdəki fraksiya sədri Özgür Özəl və müavini Gökhan Günaydın qatılmaqdan yayınıblar. 

Əkrəm İmamoğlu isə gizli iclası danmayıb və bildiirb ki, partiya daxili vəziyyəti müzakirə etməık haqlarıdır: "Ayrıca bunu mediaya sızdıranla bağlı araşdırma aparacağıq".

Zülfiyyə

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib