Roben Vardanyan: “Avropa İttifaqınin Azərbaycanın terminologiyasını qəbul etməsi..."

img

19-07-2023 [16:02]


Dağlıq Qarabağın keçmiş dövlət naziri, erməni əsilli rusiyalı milyarderi Ruben Vardanyan hesab edir ki, Azərbaycanın Ağdamdan keçən yolun istifadəsinə dair təklifini dəstəkləməklə Avropa İttifaqı Şurasının prezidenti şarl Mişel Artsaxın blokadasına legitimlik qazandırıb. 

“Deməli, vasitəçilər mövcud problemləri həll etməkdənsə, istər-istəməz yeni problemlərin yaranmasına töhfə verə bilərlər”, - Vardanyan çərşənbə axşamı, iyulun 18-də Twitter-də bildirib.

O, daha sonra sərsəmləyərək əlavə edib ki, Avropa İttifaqınin Azərbaycanın terminologiyasını qəbul etməsi  Qarabağ  ermənilərinə qarşı "əlavə cinayət əməlləri törətməyə bəraət qazandıra bilər: "Demokratik dəyərlərlə öyünən Aİ-nin öz səylərində avtokratik Azərbaycanı dəstəkləməsi daha çox narahatlıq doğurur. Bununla da istər-istəməz etnik təmizləmə siyasətini və Artsax ermənilərinin öz ata-baba torpaqlarından zorla köçürülməsini dəstəkləmiş olur”.

Şübhəsiz ki, Rusiya Ruben vardanyanın dili ilə danışır və onun üzərindən Avropa İttifaqını ittiham edir.

Elbəyi Həsənli,

Sürix

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib