Daha 18 ailə doğma yurdları Laçına yola salındı

img

18-07-2023 [09:38]


Bu gün daha 73 nəfərdən ibarət 18 ailə doğma yurdları Laçına yola salınıblar.

Mia.az xəbər verir ki, həmin ailələr də plana əsasən Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına köçürülür.

Məlumat üçün qeyd edək ki, laşınlılar Laçın bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşdırılır.

Onu da qeyd edək ki, indiyədək Laçına 424 nəfər köçürülüb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR