Şahzadə Selman Ərdoğanı TOGG-la hotelə apardı - Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında 5 yeni müqavilə imzalandı (VİDEO)
18-07-2023 [09:07]
Prezident Ərdoğan Səudiyyə Ərəbistanında təmaslarını davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Prezident Ərdoğanın Körfəz səfəri çərçivəsində dünən səfər elədiyi Səudiyyə Ərəbistanında Türkiyə ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyalar, müdafiə sənayesi, enerji, müdafiə və rabitə sahələrində 5 yeni saziş imzalanıb:
- Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu Prezident yanında İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih imzalayıblar.
- Prezident Administrasiyası Rabitə Müdirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnformasiya Nazirliyi arasında kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun və Səudiyyə Ərəbistanının media naziri Salman bin Yusuf Al-Dawsari imzalayıblar.
- Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi arasında Əməkdaşlıq üzrə İcra Planını milli müdafiə naziri Yaşar Gülər və Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Əl imzalayıblar.
- Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında enerji sahəsində Anlaşma Memorandumunu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Şahzadə Əbdüləziz bin imzaladılar.
- Baykar-ın baş direktoru Haluk Bayraktarla Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari əməkdaşlıq sazişi imzlanıb.
Yeni anlaşmalardan sonra vəliəhd Məhəmməd bin Salman prezident Ərdoğanla təkbətək görüş keçirib.
Görüşdən sonra şahzadə Ərdoğan tərəfindən ona hədiyyə olunan TOGG-la Türkiyə liderini qalacağı hotelə aparıb.
Vəliəhd Məhəmməd bin Salmanın bu jest dünya mediasında manşet olub.
Xatırladaq ki, səfərdə görüşdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, AK Partiya sədr müavini Ömər Çelik, Zəfər Sırakaya, Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç da iştirak ediblər.
Onu da xatırladaq ki, jurnalist Camal Xaşuqçinin Səudiyyənin İstanbuldakı konsulluğunda doğranmasından sonra iki ölkə arasında siyasi münasibətlər kəskin pisləşmişdi. Lakin ötən ildən başlayaraq, tərəflər arasındakı "soyuq buzlar" əriməyə başlayıb.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun