Rusiyada bu şəxslərin nikahı ləğv olunacaq - Yeni qanun qəbul olundu

img

14-07-2023 [16:25]


Rusiya Dövlət Duması ölkədə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsini qəbul edib.
 
Mia.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, yeni qanuna əsasən, cinsiyyətin dəyişdirilməsi üçün cərrahiyyə və hormon terapiyası aparıla bilməz.

Ölkədə artıq cinsiyyətini dəyişmiş şəxslərə müxtəlif məhdudiyyətlərin də tətbiqini nəzərdə tutan yeni qanuna əsasən, həmin vətəndaşların nikahları etibarsız sayılacaq və onlar övladlığa götürə bilməyəcəklər.

Dumanın sədri Vyaçeslav Volodin müzakirə zamanı deyib ki, ABŞ-da cinsiyyət dəyişdirmə əməliyyatları son 10 ildə 50 dəfə artıb: "Bu, inanılmaz tendensiyadır! Bu, milləti məhv etməyə hesablanmış bir aktdır. Rusiyada buna imkan verə bilmərik. Biz bu qərarla vətəndaşlarımızı və uşaqlarımızı qoruyuruq".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA