Əli Məsimli: "Birrəqəmli inflyasiyaya nail olmaq mümkündür"

img

14-07-2023 [11:31]


Azərbaycanda ikirəqəmli inflyasiyanın birrəqəmli inflyasiyaya çevrilməsi istiqamətində tədbirlər gücləndirilməlidir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

"Mən subyektiv amillərin irəli çəkilməsini yüksək qiymətləndirirəm. Çünki artıq obyektiv amillər, xaricdən gələn inflyasiya bir neçə məhsulu çıxmaq şərti ilə səngiyib. Subyektiv amilləri aradan qaldırmaqla, bu sahədə bəzi qurumların cavabdehliyini artırmaqla və antiinhisar tədbirlərini gücləndirməklə birrəqəmli inflyasiyaya nail olmaq mümkündür", - deyə o qeyd edib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA