PUTİNDƏN BMT və ƏRDOĞANA AÇIQ XƏBƏRDARLIQ: "Yetər artıq..."
14-07-2023 [00:23]
Rusiya prezidenti Vladimir Putin Litvada keçirilən NATO sammiti, Ukraynanın mümkün NATO üzvlüyü və BMT bayrağı altında Türkiyə prezidenti Ərdoğanın liderliyə ilə davam edən "taxıl dəhlizi" barədə mühüm açıqlamalar verib.
Mia.az xəbər verir ki, Rusiyanın dövlət kanalı “Rossiya 24”ə açıqlamasında Putin müddəti iyulun 17-də başa çatacaq taxıl sazişi ilə suala cavab verərkən qəzəbli olduğunu aydın sezdirib.
O, çox açıq şəkildə Qərbə, BMT və Ərdoğana xəbərdarlıq edib: "Taxıl dəhlizi... BMT ilə bu razılaşmada Rusiyanın maraqları nəzərə alınmalı idi. Ancaq heç bir şey edilmədi. Bu, tamamilə birtərəfli oyundur. Yetər artıq. Əgər onlar bütün vədlərin yerinə yetiriləcəyini yenə sözdə təkrarlayırlarsa, qoy, əvvəlcə o vədləri yerinə yetirsinlər”.
Ukraynanın mümkün NATO üzvlüyünün Rusiyanın təhlükəsizliyinə təhdid yaradacağını qeyd edən Rusiya prezidenti Vladimir Putin deyi ki, bu, əsla Ukraynanın təhlükəsizliyini gücləndirməyəcək: "Əksinə, dünyadakı vəziyyət daha da gərginləşəcək, beynəlxalq arenada əlavə gərginliyə səbəb olacaq".
Ukraynaya çatdırılan uzaqmənzilli raketlərin onlara zərər verdiyini, lakin münaqişə bölgəsində kritik dəyişiklik yaratmadığını vurğulayan Putin bildirib ki, Qərbin Kiyevə verdiyi silahlaırn çox böyük hissəsini məhv ediblər: "Eyni hal tanklar və piyadalar üçün döyüş maşınlarına da aiddir. Baxın, iyulun 4-dən dünən axşam saatlarına kimi Ukraynanın 311 tankını məhv etdik. Bu, təkcə tanklardır hələ. Çoxu da Qərbi verdiyi Leopard və digər markalı tanklardır. Bilirsinizmi artıq Ukrayna hərbçiləri Qərb istehsallı tanklara minmək belə istəmir. Çünki yaxşı bilirlər ki, bu zaman daha asan hədəf olurlar. Sizə onu da deyə bilərəm k, ukraynalı hərbçilər bizim T-72 tanklarımızı Qərbin ən yaxşı tankından üstün sayır. Ona görə Ukrayna əsgərləri Qərb istehsalı olan tanklara minməkdən imtina edir. İndi Qərb xüsusi əməliyyatmızın uzanması üçün Kiyev rejiminə yeni silah tədarükü vədi verir. Görünür, Qərb bu vəziyyətdən şəxsi maraqları üçün faydalanır".
Ukraynanın NATO-ya mümkün üzvlüyünün Rusiyanın təhlükəsizliyinə təhdid yaradacağını təkrar qeyd edən Putinin sözlərinə görə, elə məhz bu səbəbdən Ukraynaya qarşı xüsusi hərbi əməliyyata əmr verib: "Ukraynanın NATO-ya üzv olması təhlükədir, bizə böyük təhddidir. Əlbəttə, Ukraynanın öz təhlükəsizliyini təmin etmək hüququ var. Amma bu, başqa bir ölkənin, yəni bizim təhlükəsizliyimizi təhlükə altına atmamalıdır. Rusiya bunun üçün gərəkli addımları atır və atacaq".
Tahir Şəlvəli
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun