Prezidentin köməkçisi erməni naziri fakt qarşısında qoydu: "Xankəndi restoranından olan videoda bunun əksi görünür”

img

13-07-2023 [21:17]


"Ermənistanın XİN rəhbərinin paylaşımı riyakarlıqdan başqa bir şey deyil".

Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən deyib.

Prezidentin köməkçisi bu barədə tviterdə yazıb:

“Birincisi, yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil.

İkincisi, Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir və ümumiyyətlə bunun bu hadisə ilə heç bir əlaqəsi yoxdur.

Üçünçüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın sərhəd-buraxılış məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi