"Bu, hansısa nazirə dəstək şurası deyil" - Daha bir deputat Elm və Təhsil Naziirliyi yanında İşctimai Şuranı tənqid etdi
12-07-2023 [11:10]
Artıq 10 ilə yaxındır ki, dövlət qurumları yanında ictimai şuralar fəaliyyət göstərir. Amma onların fəaliyyəti bu gün üçün elə də yüksək qiymətləndirilmir. Çünki təmsil olunduqları qurumun fəaliyyətinə təsir imkanları azdır.
Halbuki nazirliklərin fəaliyyətinə ictimai nəzarət etməklə, tənqid etməlidirlər. Müşahidələr göstərir ki, bütün ictimai şuralar illərdir ki, fəaliyyət istiqamətlərini aid olduqları qurumun bir strukturu kimi tandırlar. Ancaq aid olduqları qurumu tərifləməklə məşğul olan ictimai şuralar üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilmirlər. İctimaiyyətdə də zaman-zaman bununla bağlı narazılıqlar əks olunub.
Milli Məclisin deputatı Etibar Əliyevin üzv olduğu Elm və Təhsil Nazirliyinin yanındakı İctimai Şuradan istefa verməsi məsələni bir daha gündəmə gətirib. Etibar Əliyevin açıqlamasına görə, qurumda qarşılaşdığı neqativlər və İctimai Şuranın yalnız Emin Əmrullayevin təsiri altında olması onu bu addımı atmağa vadar edib.
Buna bənzər hal bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanındakı İctimai Şurada da yaşanmışdı. Azad İstehlakçılar Birliyiniin rəhbəri və AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov üzv olduğu İctimai Şuranın effektiv işləmədiyini açıqlamışdı: “Artıq neçə aylardır ki, İctimai Şuranın heç bir iclasları keçirilmir. Ümumiyyətlə İctimai Şuranın üzvlərinin AQTA-nın mətbəxində gedən məsələlərdən informasiya almaq imkanları sıfır vəziyyətindədir. Orada gedən tenderlərdən belə xəbərimiz yoxdur.
Dəfələrlə AQTA-nın İctimai Şura sədrinin olduğu yerdə məsələ qaldırmışam, AQTA medianı ciddi izləməli və arxasınca getməlidir. Təssüflər olsun ki, İctimai Şura olaraq buna nail ola bilməmişik. Belə getsə, növbəti ildən İctimai Şuraya namizədliyimi verməyəcəyəm”, - deyə hüquq müdafiəçisi bildirmişdi.
İcra hakimiyyətlərində yaradılmış ictimai şuralardan isə danışmağa dəyməz. Yerli icra strukturlarında bu qurum formal xarakter daşıyır.
Milli Məclisin üzvü Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələdə nazirliyin, yaxud icra hakimiyyətinin özü maraqlı olmalıdır ki, ictimai şuralar obyektiv qurum kimi fəaliyyət göstərsin:
“İctimai şuralar “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə görə formalaşıblar, amma zaman göstərdi ki, bunun mahiyyəti doğru anlaşılmadı. Əslində, bu hansısa nazirliyin və ya icra hakimiyyəti orqanının tərkibində məsləhət və ya məşvərət şurası deyil, yaxud hansısa nazirə dəstək şurası nəzərdə tutulmayıb.
Orada olan proseslər ictimaiyyətin marağı baxımından müzakirə olunmalı və ictimai təmsilçiliyin təmin olunması vasitəsilə edilməlidir. Ona görə də burada bütün məsələlər qanunvericiliyə uyğun həllini tapmalıdır. Əks halda bu şuraların fəaliyyət göstərməsinin elə bir ciddi mənası qalmaz”.
Deputat qeyd edib ki, son vaxtlar ictimai şuraların fəaliyyəti ilə bağlı nöqsanların dilə gətirilməsi, orada olan şəxslərin koorporativ maraqlardan çıxış edərək, tamamilə özünün hansı funksiya ilə təmsil olunmasını unutması özü də ciddi narahatçılıq doğurur:
“Bu ideyanı tamamilə gözdən salmaq, ictimai şuraları nüfuzdan salmaq, açığı xoşagələn bir hal deyil. Çünki həmin qurumlarda fəaliyyət göstərən bu şuralar bilavasitə həmin qurumların cəmiyyətlə işini, toplumla ünsiyyətini artırma məqsədi güdməlidirlər.
Bir sıra məsələlərdə də cəmiyyətin dəyərlərini orada prinsipial olaraq qorumaq funksiyasını yerinə yetirməidirlər. Amma heç bir ciddi təşəbbüs, müzakirə və yeniiliklərə imza atmayan addımlar atılır. Yalnız həmin qurumda olan vəzifəli şəxslərə öz maraqlarını təmin etmək üçün bu qurumdan istifadə edən ayrı-ayrı müəyyən şəxslərin də fəaliyyəti cəmiyyəti həqiqətən də narahat edir. Ona görə “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə yenidən baxmaq lazımdır.
Bu cür fəaliyyət göstərən ictimai şuraların mənasızlığı və əhəmiyyətsizliyi müzakirə olunmalıdır. Burada həmin nazirliyin, yaxud icra hakimiyyətinin özü də maraqlı olmalıdır ki, ictimai şuralar obyektiv bir qurumlar kimi fəaliyyət göstərsin. Əks halda bu ideyanın bir mənası qalmayacaq və sonradan bu, qanunu dəstəkləyənlər üçün də müəyyən dərəcədə xəyal qırıqlığına çevriləcək”.
Qeyd edək ki, ictimai şuralar "İctimai iştirakçılıq haqqında" qanunda əksini tapıb. 2014-cü ildə qüvvəyə minən bu qanuna əsasən müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Bu gün bəzi nazirliklərdə, komitələrdə, yerli icra hakimiyyətlərində artıq ictimai şuralar formalaşdırılıb.
Mia.az onu da xatırladır ki, ötən gün anzir Emin Əmrullayev deputat Etibar Əliyevlə şəxsiu yazışmasını sosial şəbəkdə etik normaları aşaraq yayıb. Deputat isə buna etiraz etməklə yanaşı, baş verən xoşagəlməz halın üzvü olduğu Elm və Təhsil Naziirliyi yanında İctimai Şurada müzakirəyə çıxarılmasını tələb edib. Lakin həmin şuranın sədri Günel Səfərova gözlənildiyi kimi məsələni nəinki müzakirəyə çıxarıb, əskinə, açıq şəkildə nazirin müdafiəsinə qalxıb. Bunu nəzərə alan deputat şuradan istefa verib.
Samir
MİA.AZ
Netanyahu Qəzzaya hücumu genişləndirəcək
34 yaşlı təcrübəli hücumçu "Porto"ya keçib
Müdafiə Nazirliyi: "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Səbail rayonunda transformatorda güclü yanğın başlayıb
"Beşiktaş" Vilfred Ndidini transfer etmək istəyir
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir - Zərərçəkənlər ifadə veriblər (YENİLƏNİB)
Şagird yerdəyişməsi başlayır
Bu gecə Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq - Siyahı
Fuad Xəlilov yeni vəzifəyə təyin olundu
Əli Əsədov ƏƏSMN-ə tapşırıq verdi
Prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb
Qəzzada daha 5 nəfər acından ölüb
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
Prezident İlham Əliyev ona vəzifə verdi - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Baş direktoru isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin... - Fələstinin Yunan Kiprindəki səfirinin sərsəm iddiaları (TƏHLİL)
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
Qəzzada daha 94 nəfər ölüb
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
"Beşiktaş" Samuel Çukvueze ilə maraqlanır
“Heç nə, yaşayıram” - Sabiq nazir haqqındakı iddialara cavab vermədi
Dövlət Neft Fondu 317 min manatı elə şeylərə xərcləyir ki...
Yeni rəislər vəzifədən azad olundular
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn olundu - FOTOLAR
Prezident İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
"Nyukasl Yunayted" bu təklifə razı olmadı - 140 milyon avro...
Yazıçı Anar: "Bu, bəlkə də mənim üçün taleyin cəzasıdır”
Əli Əsədov müavinləriylə birgə mərasimdə - FOTOLAR
Sabiq nazirlər Qusmanla bir arada - FOTO
Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verdi
"Çelsi" 19 yaşlı müdafiəçi transfer edib
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
"Rizəspor" müdafiəçi transfer edib
Sabahın hava proqnozu açıqlandı
"Flamenqo" klubu kolumbiyalı yarımmüdafiəçini transfer edib
Dövlət Su Ehtiyatları Agentliyi barədə daha bir qərar imzalanıb
KXCP-nin deputatlığa keçmiş namizədi tutulub - Narkotiklə
"Olimpik Marsel" İgor Payxaonu heyətinə qatdığını açıqlayıb
Brahim Diaz "Real Madrid" ilə müqaviləsini yeniləyəcək
"Məişət Zorakılığının Qarşısının Alınmasında Müasir Tendensiyalar və Maarifləndirmə Metodları" adlı dəyirmi masa keçirilib - FOTOLAR
"Anderlext" Yasin Özcanı icarə əsasında transfer edib