"İnsanlar bulvara istirahət üçün gəlirlər, soyulmaq üçün yox" - İctimai Şura sədri Bulvar İdarəsinin rəhbərliyini "topa tutdu"
12-07-2023 [10:24]
Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2022-ci ili 102 min manat mənfəətlə başa vurub.
Halbuki, qurum 2021-ci ildən 5,514 milyon manat zərərlə çıxmışdı.
Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 19,398 milyon manat (əvvəlki ilə nisbətən 41,1 % çox), xarici valyuta əməliyyatları gəlirləri 2 min manat (əvvəlki il zərər olub), digər gəlirləri 2 min manat (50,8 dəfə az), insan resursları üzrə xərcləri 11,325 milyon manat (0,7 % çox), amortizasiya və köhnəlmə xərcləri 2,138 milyon manat (2,5 dəfə az), inzibati və sair əməliyyat xərcləri isə 5,838 milyon manat (2,2 dəfə çox), təşkil edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 359,416 milyon manat olub ki, bu da illik müqayisədə 0,4 % çoxdur.
Hesabat dövründə qurumun öhdəlikləri 2,6 % artaraq 14,655 milyon manata, balans kapitalı isə 0,3 % artaraq 344,762 milyon manata çatıb.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Bildirək ki, DBİ-nin ili mənfəətlə başa vurması müsbət haldır. Ancaq bu gün vətəndaşların istirahət etdiyi Dənizkənarı Bulvarda fəaliyyət göstərən kafe və restoranlarda mövcud qiymətlər imkansız ailələrin həmin xidmətlərdən yararlanmasına imkan vermir.
Dənizkənarı Bulvar İdarəsi yanında İctimai Şura bu poblemin həlli ilə bağlı hansısa təkliflə çıxış edib?
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev Cebhe.info-ya bildirdi ki, son illər bir sıra dövlət qurumlarında ictimai şuralar yaradılıb:
“O cümlədən də Dənizkənarı Bulvar İdarəsində İctimai Şuraya seçkilər elan olundu və biz də vətəndaş olaraq namizədəliyimizi irəli sürdük, düşündük ki, ölkə başçısının sərəncamına əsasən QHT sədri olaraq şəffaflığın təmin olunması üçün səy göstərib nəyəsə nail ola bilərik.
Seçki çox şəffaf, ədalətli təşkil olunmuşdu. Düşündüm ki, seçkiləri belə təşkil edən qurum şəffaf işləməyimizə də maneələr yaratmayacaq. Bizə vəsiqə veriləndən hesab edirdik ki, orada fəaliyyət göstərə bilərik. Sonra İctimai Şura olaraq Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin sədri İlqar Mustafayevlə görüşmək istədik ki, bir aydan çoxdur seçilmişik, könüllülük prinsipi ilə fəaliyyət göstərən QHT rəhbəri və İctimai Şura üzvləriyik.
Qanunvericiliklə bizim maaş almaq hüququmuz, səlahiyyətimiz yoxdur. Bizim sədrlə görüşümüz baş tutdu, bildirdim ki, əgər formal olaraq İctimai Şura yaradıbsızsa, biz bilək. Əgər fəliyyət göstərməyimizi, şəffaflığın təmin olunması üçün birgə çalışmağımızı istəyirsizsə, şərait yaradılmalıdır.
Dənizkənarı Bulvar ictimai və insanların istirahət edəcəyi bir yerdir. Ölkə başçısının dəstəyi, təşəbbüsü ilə Dənizkənarı Bulvarda çox gözəl işlər görülüb və bunu danmaq olmaz. Ancaq İdarənin sədri bildirdi ki, “Bulvar açıq havadır, gedin orada xidmət göstərin, bizim sizə veriləcək yerimiz yoxdur, yer verə bilmərik”.
Digər qurumlarda bu təcrübə var. Əgər bizim otağımız yoxdursa, bizə daxil olan şikayətləri qəbul edə bilmirik. Biz hansısa problemin həlli ilə bağlı paralel çalışmalıyıq. Bizə dedi ki, sizə yer vermirik, nə istəyirsiz edin. Mən də İctimai Şura üzvlərinə bildirdim ki, bununla bağlı ölkə başçısına müraciət edək. Onlar dedilər ki, bəlkə verdilər. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Mən dəfələrlə DBİ nə qədər tənqid eləsəm də, İctimai Şura üzvləri bu tənqidə qoşulmadı və hər biri bir QHT rəhbəridir. Beləlikə, Bulvar İdarəsi bizi “saymadı”.
Ramil Əliyev DBİ-yə iradlarının olduğunu da deyir:
“Bulvardakı xidmət məkanlarında çayın qiyməti 10 manatdır. Buna büdcəsi çatmayan insanlar var. İmkanlı şəxslərlə yanaşı aşağı büdcəli vətəndaşlar üçün də yerlər olsun.
Yəni, 1-2 manatalıq çay satılan yerlər olsun. İnsanlar rayondan Bakıya qonaq gəlir, gəzinti üçün Dənizkənarı Bulvara çıxırlar. Bulvarda bir mürəbbə ilə çayı 10 manata təklif edirlər. Ancaq bu barədə irad bildirməyimə baxmayaraq, kafe sahibləri deyirdilər ki, bizdə belədir.
Mən İdarənin sədrinə dedim ki, Bulvarda qiymətlər çox bahadır. O bildirdi ki, onu biz deyil, sahibkarlar özləri tənzimləyir. Dedim ki, siz DBİ rəhbəri olaraq ən azından bir sosial yer aça bilərsiniz və orada 2 manata çay olsun və aşağı büdcəli insanlar oradan istifadə etsinlər.
Ancaq DBİ bizə hesabat təqdim etmir, yaxına buraxmırlar. İctimai Şuranın fəaliyyətinə 5 faiz belə şərait yaratmayıblar. Ancaq İdarənin rəhbəliyi nədənsə bizə maneələr yaradır. Biz də bilmirik ki, hara müraciət edək. Elə bir mexanizm də yoxdur ki, ictimai şuraların fəlaiyyətini yoxlasın, qiymət versin.
Biz artıq İctimai Şura olaraq fəaliyyətimiz dayandırmışıq. İstəyirəm ki, vətəndaş, QHT sədri olaraq ictimai nəzarətin tam şəfaf şəkildə formalaşmasında əməyim olsun. Ancaq görürəm ki, müəyyən güclər var ki, qarşıma maneələr qoyur.
İctimai Şura elə bir qurumdur ki, orada tək sədr qərar verə bilməz, səs çoxluğu ilə olmalıdır.
Qeyd edim ki, Dənizkənarı Bulvar İdarəsinin özünün mühafizə xidməti və “parkovşik”ləri var. Onlar sözün əsl mənasında istirahət üçün gələnlərin hər birinə pul gözü ilə baxırlar. Məhz Dənizkənarı Milli Parka insanlar istirahət üçün gəlirlər, soyulmaq üçün yox. Başa düşürəm ki, həmin “stayanşiklər” 5 manat çörək pulu üçün dayanır. Ancaq orada yığılan böyük məbləğ kimin cibinə gedir. Maraqlıdır ki, Su İdman Sarayının ətrafında saxlayan maşınlardan yığılan pullar hara gedir?”
İctimai Şura sədrinin sözlərinə görə, digər qurumlarda belə bir təcrübə var ki, əməkhaqqı almasalar da ictimai şuraları texniki ləvazimatla təmin edirlər və ən azı bir otaq verirlər:
“Əgər ölkə başçısının sərəncamına əsasən DBİ İctimai Şura yaradırdısa, niyə bunu yarımçıq icra edirdi. Bulvar İdarəsinin rəhbərliyi əsaslı şəkildə tənqid etməyimizə baxmayarq bizə cavab vermir. Görünür, o ölkə başçısının sərəncamını oxumur, ona əməl eləmir”.
MİA.AZ
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq