Rusiyalı 42 yaşlı məşhur general parkda sui-qəsdlə öldürüldü - Kəşfiyyat "hava yağışlı idi..." dedi, rus polisi isə... (FOTOLAR)

img

12-07-2023 [09:03]


Ukraynanın Vinnitsa şəhərində 27 əsgərin ölümünə səbəb olan reket hücumuna görə məsuliyyət daşıdığı iddia edilən rus admiral Stanislav Rjitski örtən gün Rusiyada sui-qəsdə qurban gedib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, sui-qəsdin Vinnitsaya raket hücumunun ildönümünə təsadüf etməsi burada Ukrayna kəşfiyyatnın "əl"i olduğu qənaətini artırıb.

Ukrayna kəşfiyyatı bu barədə açıqlama verərək, dolayısı ilə sui-qəsdi onların həyata keçirdiyini təsdiqləyib: "Hava çox yağışlı idi. Admiralın səhər kross qaçdığı park isə çox sakit idi. Bu səbəbdən, onun güllələnmə anına şahidlik edən olmayıb..".

Rusiya polisi də Krasnodar şəhərindəki parkda baş verən suqi-qəsdlə bağlı açıqlama verib. yerli polis bu sui-qəsdin intiqamdan qaynaqlandığlnı istisna etməyib: "Bəli, bunun bir qisas olması mümkündür. Görünür, onun qaçış yolunu əvvəldən izləyərək plan qurulub. Admiralın başına və sinəsinə 4 güllə sıxılıb".

Rusiya polisi qatilin üzü aydın görünməyən fotosunu da yayıb. 

Məlumatda o da deyilir ki, Rjitski son aylar Ukraynaya döyüşmək üçün aparılan səfərbərlik prosesinə məsul şəxslərdən biri olub.

Zülfiyyə

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA