"Siz ali məktəblərə imtahansız qəbul olunursunuz..." - DİM bu abituriyentlərə müraciət etdi
10-07-2023 [09:39]
Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə müraciət edib.
DİM-dən Mia.az-a bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, aşağıdakı proqramlar nəzərdə tutulur:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
- Yüksək yerləşdirmə (Advanced Placement).
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 10-dan 24-dək aşağıda göstərilən sənədlərin fotosurətlərini Dövlət İmtahan Mərkəzinə onlayn qaydada ([email protected] poçtuna mövzu hissəsinə “müsabiqədənkənar qəbul” yazmaqla) təqdim etməlidirlər:
1. “Abituriyentin elektron ərizəsi”nin surəti;
2. Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin surətini;
3. Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər.
IB diplomu üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabları vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrinin elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər. Bununla yanaşı, həmin abituriyentlər öz şəxsi kod nömrələrini (IB Personal Code) [email protected] elektron poçtuna göndərməlidirlər.Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.
Bu abituriyentlər “Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almış olmalıdırlar.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunmuşdur:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı; - Ödənişli əsaslarla qəbul üçün - 25 (“Hüquqşünaslıq” və “Tibb” ixtisasları üzrə - 30) - Dövlət sifarişi əsasında qəbul üçün - 35;
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə); - Ödənişli əsaslarla qəbul üçün - C - Dövlət sifarişi əsasında qəbul üçün - B;
- Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə). - Ödənişli əsaslarla qəbul üçün - 3 - Dövlət sifarişi əsasında qəbul üçün - 4.
Qeyd edək ki, “Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu (DT altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, III ixtisas qrupu (TC altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və coğrafiya fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun