"Aİ-yə tam üzvlüklə bağlı dəstək istəyirik" - Ərdoğanla Bayden Vülnüsdə görüşə razılaşdı

img

10-07-2023 [00:05]


Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyənin Avropa İttifaqına (Aİ) tam üzvlük prosesi müzakirə edilib. 

Məlumata görə, müzakirələrin sonunda liderlər Vilnüsdə üz-üzə görüşmək və Türkiyə-ABŞ ikitərəfli münasibətləri və regional məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəliblər.

Məlumata görə, Ərdoğan telefon söhbətində İsveçin antiterror qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə bəzi addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının terroru dəstəkləyən aksiyalarına şərait yaradılmasının atılan addımları puç etdiyini bildirib. 

Türkiyənin AB-yə üzvlük məsələsində prinsipial və dürüst olduğunu ifadə edən prezident Ərdoğan deyib ki, AB-yə tam üzvlük prosesini canlandırmaq istəyirlər: "Vilnüs Zirvə toplantısında Avropa İttifaqınanın aparıcı ölkələrinin, o cümlədən Aİ rəhbərliyinin açıq və dəqiq bir fikir bildirmələrini gözləyiriki. Ümid edirəm ki, Türkiyənin üzvlüyünə güclü dəstək mesajı veriləcək".

Lamiyə 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA