Məşhur müğənninin konsertinə qadağa qoyuldu - Açıqlama (FOTO)

img

10-07-2023 [00:18]


Türkiyəli məşhur müğənni Hande Yenerin düqnən axşam yerli saatla 21.30-a planlanan konserti ləğv olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Balıkesir şəhərində keçiriləcək konsertə saatlaarla qalmış bu qərarı yerli bələdiyyə verib.

Bələdiyyə onun konsert proqramlarında "milli mənəvi dəyərlərə zidd çalarlarn olması"nı əsas gətirərək belə qərar verdiyini açıqlayıb.

50 yaşlı müğənni Hande Yener isə qərarı əsassız sayıb.

O, sosial media hesabından yazıb: "Bu axşam (Dünən-Mia.az) baş tutacaq Balıkesir konsertimiz təəssüf ki, bəzi etirazlara görə Balıkesir Bələdiyyəsi tərəfindən ləğv edildi. Bütün fikirlərə, dünyagörüşlərinə hörmətlə yanaşıram, amma bəzən bir-birimizin səsi olmaq lazımdır. Mən qadağan olunacaq bir şeylər etdiyimimi düşünmürəm. Bütün enerjim və sevgimlə səhnədə olmağa davam edəcəyəm və bir-birimizə şəfa verməyə davam edəcəyəm, bu dəyişməyəcək. Başqa vaxt görüşmək ümidi ilə Balıkesir...".

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq