Ərəblər Slaven Biliçlə anlaşdı

img

10-07-2023 [00:13]


Britaniyanın "Uotford"  və Türkiyənin "Beşiktaş" komandalarının keçmiş baş məşqçisi Slaven Biliç Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Slaven Biliç bu dəfə Səudiyyə Ərəbistanının "Əl-Fateh" komandası ilə müqavilə bağlayıb.

Müqavilənin detalları barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Slaven Biliç əvvəllər bu ölkədə “Əl İttihad” komandasının sükanı arxasında olub.

Xatırladaq ki, vaxtilə “Beşiktaş”ı çalışdıran Biliç bu komandanı 89 matça çıxarıb. O, bu oyunların 47-dən qələbə ilə, 21-dən isə məğlubiyyətlə ayrılıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA