Əli Əsədov Tacikistanın ticarət və iqtisadi inkişaf naziri ilə görüşüb

img

07-07-2023 [17:53]


İyulun 7-də Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavkizoda Zavki ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın aktual məsələləri nəzərdən keçirilib.

Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın altıncı iclasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA