Magistraturaya qəbulda rüsvayçı nəticələr ortaya çıxıb - 0 bal toplayanlar var (CƏDVƏL)
07-07-2023 [12:02]
Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.
Mia.az xəbər veirr ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - fevralın 19-da və iyunun 11-də keçirilib.
DİM hər iki imtahanla bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatları açıqlayıb.
Bildirilib ki, 2023-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24118 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 20823 nəfər idi.
"Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 53-dən yüksək (median 53.98) olub. Ötən il isə bu göstərici 51 baldan aşağı (median 50.75) olub. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.
Bu il 90 va daha yuxarı bal toplayanların sayı 162 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 1123 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 4012 nəfər olub. Ötən il analoji göstəricilər 74, 591 və 2240 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı kifayət qədər çoxdur.
Xatırladaq ki, imtahanda toplanılan bilən maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub.
Aşağıdakı cədvəllərdə bakalavrların 2023 və 2022-ci illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.
Magistratura - 2023
Bakalavrların sayı : 24118
Ballar üzrə histoqram
| Bal intervalları | Bakalavr sayı (tezliklər) |
| 0 - 30 | 1670 |
| 30 - 35 | 1250 |
| 35 - 40 | 1842 |
| 40 - 45 | 2238 |
| 45 - 50 | 2712 |
| 50 - 55 | 2949 |
| 55 - 60 | 2841 |
| 60 - 65 | 2547 |
| 65 - 70 | 2057 |
| 70 - 75 | 1741 |
| 75 - 80 | 1148 |
| 80 - 85 | 637 |
| 85 - 90 | 324 |
| 90 - 95 | 133 |
| 95 - 100 | 29 |
Magistratura - 2022
Bakalavrların sayı : 20823
Ballar üzrə histoqram
| Bal intervalları | Bakalavr sayı (tezliklər) |
| 0 - 30 | 1907 |
| 30 - 35 | 1332 |
| 35 - 40 | 1837 |
| 40 - 45 | 2300 |
| 45 - 50 | 2637 |
| 50 - 55 | 2666 |
| 55 - 60 | 2447 |
| 60 - 65 | 1951 |
| 65 - 70 | 1506 |
| 70 - 75 | 1011 |
| 75 - 80 | 638 |
| 80 - 85 | 346 |
| 85 - 90 | 171 |
| 90 - 95 | 60 |
| 95 - 100 | 14 |
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun